5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə və Misir Qəzzə ilə bağlı ortaq mesaj yayınlayıb

Türkiyə və Misir Qəzzədə atəşkəsin möhkəmləndirilməsi və bölgənin gələcək idarəçiliyi ilə bağlı ortaq mesaj verib. Ankara şəhərində keçirilən Türkiyə–Misir Birgə Planlaşdırma Qrupunun birinci iclası çərçivəsində Xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilər naziri Bədir Abdulati birgə mətbuat konfransı keçiriblər.

12 Noyabr 2025 21:02
Türkiyə və Misir Qəzzə ilə bağlı ortaq mesaj yayınlayıb

BAKI,AzerVoice, Orxan Qədirzadə

Türkiyə və Misir Qəzzədə atəşkəsin möhkəmləndirilməsi və bölgənin gələcək idarəçiliyi ilə bağlı ortaq mesaj verib.

AzerVoice xəbər verir ki, Ankara şəhərində keçirilən Türkiyə–Misir Birgə Planlaşdırma Qrupunun birinci iclası çərçivəsində Xarici işlər naziri Hakan Fidan və Misirin xarici işlər, miqrasiya və xaricdə yaşayan misirlilər naziri Bədir Abdulati birgə mətbuat konfransı keçiriblər.

Nazir Hakan Fidan çıxışında bildirib ki, bölgəyə dair bütün planlar beynəlxalq hüquq və siyasi mexanizm əsasında həyata keçirilməlidir.

“Qəzzə Fələstinin bir hissəsidir, belə də qalmalıdır. Beynəlxalq ictimaiyyət bunu unutmamalıdır.”- nazir deyib.

Fidan, Türkiyənin humanitar yardımının davam etdiyini bildirərək əlavə edərək deyib ki,bu gün Qəzzəyə yardım aparan gəmi Mersin limanından Əl-Ərişə doğru yola çıxıb.

Nazir, yaxın günlərdə Misirin ev sahibliyi edəcəyi Qəzzə Konfransında Türkiyənin fəal iştirak edəcəyini vurğulayıb.

Türkiyə XİN rəhbəri müvəqqəti atəşkəsin qalıcı olması üçün hər iki tərəfin üzərinə məsuliyyət düşdüyünü qeyd edib.

“HƏMAS atəşkəsin davam etməsi üçün müsbət iradə göstərir. İsrail tərəfindən də eyni yanaşma olmalıdır.”-deyə nazir əlavə edib.

Hakan Fidan ABŞ səfərinə də toxunub.

“Prezident Tramp ilə görüşdə Suriya məsələsini, Qəzzə atəşkəsində problemləri necə aradan qaldıra biləcəyimizi və Rusiya–Ukrayna müharibəsinin regiona təsirlərini müzakirə etdik. Verimli görüş oldu.”- nazir əlavə edib.

Misir xarici işlər naziri Bədir Abdulati çıxışında Qahirənin mövqeyini açıq şəkildə ifadə edib.

“Qəzzədə atəşkəsin icrasını dəstəkləmək və növbəti mərhələyə keçid üçün Türkiyə ilə birlikdə hərəkət etməyə hazırıq.”- deyə Misir XİN rəhbəri deyib.

O, eyni zamanda Suriyanın regional sistemə qayıdışına dəstək göstərdiklərini vurğulayıb.

“Suriyanın təhlükəsizliyi və suverenliyinə tam dəstək veririk. Şamın yenidən təsirli aktora çevrilməsini gözləyirik.”- Abdulati deyib.

Məqalədə: #Türkiyə XİN #HƏMAS #Suriya #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza münaqişəsi #Türkiyə–Misir Birgə Planlaşdırma Qrupu #Türkiyə Misir Qəzza problemi #Bədir Abdulati #Misir XİN

Mövzu üzrə digər xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

03:00
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

4 Sentyabr 18:51
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

4 Sentyabr 17:46
Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb
Suriya

Suriyada 308 məcburi köçkün ailə İdlib düşərgələrindən evlərinə qayıdıb

4 Sentyabr 15:19

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.