13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İstanbulda cinayət təşkilatlarına qarşı əməliyyatda 80-ə yaxın şübhəli həbs edilib

İstanbul Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə Şöbəsi son bir ay ərzində şəhər ərazisində cinayət təşkilatlarının fəaliyyətini ifşa etmək və şübhəliləri həbs etmək üçün geniş əməliyyatlar həyata keçirib. Əməliyyatlar çərçivəsində Avcılar, Bahçelievler, Bayrampaşa, Beşiktaş, Esenler, Esenyurt, Eyüpsultan, Fatih, Gaziosmanpaşa, Güngören, Kağıthane, Küçükçekmece, Pendik, Sarıyer, Sultangazi, Şişli və Ümraniye rayonlarında 145 şübhəli saxlanılıb. Onlar arasında iş yeri güllələnməsi, hədələmə, soyğunçuluq, qəsdən yaralama və silah qanunsuz istehsalı və qaçaqçılığı ilə məşğul olanlar da var.

21 Noyabr 2025 14:04
İstanbulda cinayət təşkilatlarına qarşı əməliyyatda 80-ə yaxın şübhəli həbs edilib

BAKI, AzerVoice, Nailə Babazadə

İstanbul Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə Şöbəsi son bir ay ərzində şəhər ərazisində cinayət təşkilatlarının fəaliyyətini ifşa etmək və şübhəliləri həbs etmək üçün geniş əməliyyatlar həyata keçirib.

AzerVoice xəbər verir ki, əməliyyatlar çərçivəsində Avcılar, Bahçelievler, Bayrampaşa, Beşiktaş, Esenler, Esenyurt, Eyüpsultan, Fatih, Gaziosmanpaşa, Güngören, Kağıthane, Küçükçekmece, Pendik, Sarıyer, Sultangazi, Şişli və Ümraniye rayonlarında 145 şübhəli saxlanılıb. Onlar arasında iş yeri güllələnməsi, hədələmə, soyğunçuluq, qəsdən yaralama və silah qanunsuz istehsalı və qaçaqçılığı ilə məşğul olanlar da var.

Əməliyyatlar zamanı 123 tabanca, 187 boş tabanca, 6 uzun silah, 7 avtomatik tabanca, ov tüfəngi, 567 mərmi, 911 silah mexanizmi, 680 lülə və əl bombasının ələ keçirildiyi bildirilib.

Polisdəki ilkin araşdırmalardan sonra 106 şübhəli məhkəməyə təqdim olunub. Onlardan 81-i həbs edilib, 22-si məhkəmə nəzarəti ilə azad buraxılıb, 3-ü isə digər səbəblərlə sərbəst buraxılıb. Hələ 39 şübhəli barəsində araşdırmalar davam edir.

İstanbul Polis İdarəsinin rəisi Selami Yıldız jurnalistlərə açıqlamasında bildirib ki, polis bütün cinayət qruplarına qarşı qətiyyətlə mübarizə aparır. Yıldız həmçinin qeyd edib ki, İstanbulda son bir il ərzində cinayət təşkilatlarının iştirak etdiyi hadisələr 49 faiz azalıb və polis bu mübarizəni eyni əzmlə davam etdirir.

Məqalədə: #İstanbul #Cinayətlərin qarşısının alınması #Cinayət şəbəkələri #Mütəşəkkil cinayət qrupu #İstanbul Polis İdarəsi #cinayət səviyyəsi #İstanbul Polis İdarəsinin Təşkilatlanmış Cinayətlərə Qarşı Mübarizə Şöbəsi

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.