6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığı aparacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırıldığını açıqlayıb. Yohannesburqda keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyə lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin bu yaxınlarda Ankaraya səfər etdiyini xatırladıb.

23 Noyabr 2025 17:55
Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığı aparacaq

BAKI, AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı planlaşdırıldığını açıqlayıb.

AzerVoice xəbər verir ki, Yohannesburqda keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında çıxış edən Türkiyə lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin bu yaxınlarda Ankaraya səfər etdiyini xatırladıb. “Bu həftə Zelenskini ölkəmizdə qəbul etdik və sabah Putinlə söhbət edəcəyəm. Ukrayna ilə Rusiya arasında sülh üçün bütün addımları atmağa hazırıq və bu istiqamətdə səylərin səfərbər olunduğunu elan etmişik. Ümid edirəm ki, məqsədlərimizə çatacağıq”, - deyən Türkiyə Prezidenti Kiyevlə Moskva arasında İstanbul sülh prosesinin bərpasının vacibliyini vurğulayıb.

Türkiyə Prezidenti Qara dəniz Taxıl Dəhlizini xatırladaraq qeyd edib ki, bu addım “bölgədə sülhə yol açmaq” məqsədi daşıyırdı. “Təəssüf ki, Taxıl Təşəbbüsünə əməl olunmadı. Mən Putindən sülh təşəbbüslərinin bərpasını nəzərdən keçirməsini xahiş edəcəyəm. İnsan itkisinin qarşısını almaq vacibdir”, - deyə Türkiyə lideri qeyd edib.

Rəcəb Tayyib Ərdoğan, həmçinin əlavə edib ki, Vladimir Putinlə söhbətindən sonra ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə Ukrayna ilə bağlı müzakirələr apara bilər.

Məqalədə: #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #Avropa #Rusiya #ABŞ #Vladimir Putin #Ankara #Donald Tramp #Ukrayna #Volodimir Zelenski #G20 #Yohannesburq

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.