11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla İstanbulda keçirilən görüşdən sonra iki ölkə arasında əlaqələrin bütün sahələrdə genişləndirilməsi barədə mesaj verib. Liderlər ticarət həcminin 10 milyard dollara çatdırılması barədə razılığa gəlib və 16 yeni əməkdaşlıq sənədi imzalanıb.

8 Dekabr 2025 22:43
Türkiyə və Macaristan arasında ticarət həcmi 10 milyard dollara yüksəlib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla İstanbulda keçirilən görüşdən sonra iki ölkə arasında əlaqələrin bütün sahələrdə genişləndirilməsi barədə mesaj verib. Liderlər ticarət həcminin 10 milyard dollara çatdırılması barədə razılığa gəlib və 16 yeni əməkdaşlıq sənədi imzalanıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Prezident Ərdoğan bildirib ki, Ankara-Budapeşt münasibətləri təkcə ikitərəfli çərçivədə yox, geniş regionda strateji sabitliyə töhfə verir.
O, Macarıstanın Türk Dövlətləri Təşkilatına verdiyi dəstəyə görə təşəkkür edib və Avropa İttifaqında üzvlük prosesində Budapeştin mövqeyini yüksək qiymətləndirib.

Liderlər mövcud iqtisadi dinamikanı nəzərə alaraq ticarət dövriyyəsinin 6 milyard dollardan 10 milyard dollara yüksəldilməsi barədə razılaşıb. Ərdoğan bildirib ki, mexanizmlər bu hədəfi qısa müddətdə əldə etməyə imkan verəcək.

Görüş zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən 16 müqavilə imzalanıb.
Sənədlər hərbi hava qüvvələrindən müdafiə sənayesinə, mədəniyyətdən təhsilə, dezinformasiya ilə mübarizədən yüksək texnologiyaya qədər geniş spektri əhatə edir.

Xüsusilə Dezinformasiyaya Qarşı Birgə Mübarizə memorandumunun imzalanması rəqəmsal təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

Macarıstan Baş naziri Viktor Orban Azərbaycanın və Türkiyənin də daxil olduğu Türk dünyası ilə əlaqələrin Budapeşt üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.
O, Prezident Ərdoğanın Rusiya–Ukrayna münaqişəsində yeganə səmərəli vasitəçi olduğunu vurğulayaraq “Tanrı Türkiyəni qorusun” sözlərini deyib.

Görüşdə Orta Şərq, Ukrayna və Avropa təhlükəsizlik arxitekturası daxil olmaqla regional proseslər də dəyərləndirilib. Tərəflər əməkdaşlığın həm regional sabitlik, həm də qlobal səviyyədə yeni imkanlar açdığını bildiriblər.

Məqalədə: #Türkiyə və Macaristan ticarət hədəfini 10 milyard dollara yüksəltdi #Erdoğan və Orban 16 yeni əməkdaşlıq sənədi imzaladı #Ankara-Budapeşt əlaqələrində strateji tərəfdaşlıq güclənir #Türkiyə-Macarıstan münasibətlərində yeni mərhələ #Erdoğan: Macaristan Türk Dünyasına böyük dəstək verir #Турция и Венгрия повышают торговый оборот до $10 млрд #Эрдоган и Орбан подписали 16 новых соглашений #Анкара и Будапешт укрепляют стратегическое партнёрство #Турция–Венгрия: новый этап сотрудничества #Эрдоган: Венгрия усиливает вклад в Тюркский мир #Türkiye and Hungary Raise Trade Target to $10 Billion #Erdoğan and Orbán Sign 16 New Cooperation Agreements #Ankara–Budapest Strategic Partnership Expands #Türkiye–Hungary Relations Enter New Phase #Erdoğan: Hungary Plays Key Role in the Turkic World

Mövzu üzrə digər xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53
"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
Türk Dövlətləri

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi

10 Sentyabr 18:01
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyə

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb

10 Sentyabr 15:12

Son Xəbərlər

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.