7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Qara dəniz üzərində üçan PUA ilə bağlı proses uğurla başa çatdırılıb - Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi Qara dəniz üzərində aşkar edilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı prosesin tam nəzarət altında və uğurla başa çatdırıldığını açıqlayıb. Nazirlik bu barədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.Bildirilib ki, 15 dekabr 2025-ci il tarixində Qara dəniz istiqamətindən Türkiyə hava məkanına yaxınlaşan PUA müəyyən edildikdən dərhal sonra mövcud qanunvericilik və standart əməliyyat prosedurları çərçivəsində bütün aidiyyəti bölmələr tərəfindən aşkarlama, identifikasiya və müşahidə prosesi başladılıb.

18 Dekabr 2025 22:41
Qara dəniz üzərində üçan PUA ilə bağlı proses uğurla başa çatdırılıb - Türkiyə MN

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Milli Müdafiə Nazirliyi Qara dəniz üzərində aşkar edilən pilotsuz uçuş aparatı (PUA) ilə bağlı prosesin tam nəzarət altında və uğurla başa çatdırıldığını açıqlayıb.

AzerVoice xəbər verir ki, Nazirlik bu barədə jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.

Bildirilib ki, 15 dekabr 2025-ci il tarixində Qara dəniz istiqamətindən Türkiyə hava məkanına yaxınlaşan PUA müəyyən edildikdən dərhal sonra mövcud qanunvericilik və standart əməliyyat prosedurları çərçivəsində bütün aidiyyəti bölmələr tərəfindən aşkarlama, identifikasiya və müşahidə prosesi başladılıb.

Nazirliyin açıqlamasında qeyd olunub ki, vəziyyətin qiymətləndirilməsindən sonra hava məkanının təhlükəsizliyini və mülki əhalinin həyat və əmlakının qorunmasını təmin etmək məqsədilə idarəetmədən çıxmış PUA Türkiyəyə məxsus F-16 qırıcıları tərəfindən müşayiət edilib və zəruri prosedurlar tamamlandıqdan sonra ən uyğun ərazidə nəzarətli şəkildə vurulub.

Türkiyə MN vurğulayıb ki, hava məkanı ilə bağlı bütün qərarlar mülki aviasiya da daxil olmaqla uçuş təhlükəsizliyi prinsipləri, yaşayış məntəqələri üçün risklərin minimuma endirilməsi və mövcud məlumatların kompleks təhlili əsasında qəbul edilir.

Açıqlamada qeyd olunub ki, vurulan PUA havada parçalanaraq geniş əraziyə yayılıb və bu səbəbdən bütöv və ya iri qalıqların aşkar edilməsi çətinləşib. Axtarış və texniki araşdırma işlərinin aidiyyəti bölmələr tərəfindən diqqətlə davam etdirildiyi bildirilib.

Nazirlik əlavə edib ki, Türkiyənin hava məkanına nəzarət 24/7 rejimində radarlar, erkən xəbərdarlıq sistemləri, radioelektron mübarizə vasitələri və ələkeçirmə imkanlarını əhatə edən çoxsəviyyəli inteqrasiya olunmuş arxitektura əsasında həyata keçirilir. Hava hücumundan müdafiə sistemlərinin əsas məqsədi hava məkanına daxil olan obyektlərin vaxtında aşkarlanması, tanınması, izlənməsi və zərərsizləşdirilməsidir.

Türkiyə MN baş verənlərlə bağlı spekulyativ və dezinformasiyaya əsaslanan iddialara etibar edilməməsinin vacibliyini də vurğulayıb.

“PUA ilə bağlı proses uğurla idarə olunub və tamamlanıb. Hava hücumundan müdafiə sistemlərimizin zəifliyi ilə bağlı iddialar həqiqətə uyğun deyil”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Məqalədə: #Türkiyə MN: Qara dəniz üzərində PUA ilə bağlı proses uğurla başa çatdırılıb #Ankara Qara dəniz üzərində aşkarlanan PUA-nın zərərsizləşdirildiyini açıqladı #Türkiyə F-16-ları Qara dəniz üzərində nəzarətdən çıxmış PUA-nı vurdu #Türkiyə MN: Hava məkanı 24/7 tam nəzarət altındadır #Qara dəniz üzərində PUA insidenti – Türkiyə MN-dən rəsmi açıqlama #Минобороны Турции: Процесс с БПЛА над Черным морем успешно завершен #Turkish MoD: UAV Incident Over Black Sea Successfully Concluded #Turkey Says Rogue UAV Over Black Sea Neutralized by F-16 Jets #Turkish Defense Ministry Denies Claims of Air Defense Vulnerability #UAV Approaching Turkish Airspace Shot Down Over Black Sea #Turkey Confirms 24/7 Integrated Airspace Control Over Black Sea

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.