13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə silah və sursat qaçaqmalçılığına qarşı genişmiqyaslı əməliyyat: 202 şübhəli saxlanıldı

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində Jandarma qüvvələri tərəfindən silah və sursat qaçaqmalçılığına qarşı keçirilən əməliyyatların nəticələrini açıqlayıb.

4 Yanvar 2026 12:59
Türkiyədə silah və sursat qaçaqmalçılığına qarşı genişmiqyaslı əməliyyat: 202 şübhəli saxlanıldı

BAKI, AzerVoice

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində Jandarma qüvvələri tərəfindən silah və sursat qaçaqmalçılığına qarşı keçirilən əməliyyatların nəticələrini açıqlayıb.

O qeyd edib ki, Respublika Baş Prokurorluqları və Jandarma Asayiş Dairə Başkanlığının koordinasiyası ilə Jandarma Komandanlıqları tərəfindən İstanbul, Antalya, Diyarbəkir, Adana, Van, Afyonkarahisar, Zonguldak, İzmir, Hakkari, Çorum, Kocaeli, Rize, Mersin və Konya vilayətlərində əməliyyatlar həyata keçirilib.

“Əməliyyatlar çərçivəsində 398 ədəd lisenziyasız tapança, 175 ədəd lisenziyasız ov tüfəngi və 32 ədəd uzun lüləli silah müsadirə edilib, 202 şübhəli şəxs saxlanılıb”-deyə Nazir sosial şəbəkə paylaşımında bildirib.

Nazir bildirib ki, bu addımlar lisenziyasız silahlarla törədilə biləcək cinayətlərin qarşısını almaqla yanaşı, ictimai asayişi pozan dəstələrə və mütəşəkkil cinayət qruplarına silah tədarükünün də qarşısını alıb.

Yerlikaya vurğulayıb ki, silah və sursat qaçaqmalçılığına qarşı mübarizə yalnız qanunsuz ticarətin deyil, bu silahlarla törədilə biləcək bütün cinayətlərin qarşısının alınmasına yönəlib və əməliyyatlarda iştirak edən əməkdaşları təbrik edib.

Məqalədə: #Türkiyə #İstanbul #Afyonkarahisar #Ali Yerlikaya #Kocaeli #Antalya #Hakkari #İzmir #Mersin #Çorum #Jandarma #Rize #Van #Konya #Diyarbəkir #Adana #Zonguldak

Mövzu üzrə digər xəbərlər

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.