İranın Avropaya dəmir yolu ilə ixracında böyük artım qeydə alınıb
İranın Türkiyə ilə sərhədində yerləşən Razi gömrük məntəqəsindən ixrac ilin ilk dörd ayında təxminən 300 faiz artıb. Hesabat dövründə bu sərhəddən 217 milyon dollar dəyərində 440 min ton yük ixrac edilib. Razi sərhədi İranı Avropa ilə birləşdirən yeganə dəmir yolu sərhəd-keçid məntəqəsi hesab olunur. Dörd ay ərzində sərhəddən 8 975 yük vaqonu keçib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 205 faiz artım deməkdir. Sərhəd məntəqəsində gömrük gəlirləri də təxminən 800 faiz yüksəlib. Bu müddətdə 652 milyard rialdan çox gömrük gəliri toplanıb. Məlumatlar İran-Türkiyə arasında dəmir yolu ilə yükdaşımaların əhəmiyyətli dərəcədə artdığını göstərir.
Türkiyədən İrana tibbi yardım göndərildi
Yardım karvanının Ağrı vilayətinin Doğubayazıt rayonunda yerləşən Gürbulak sərhəd-keçid məntəqəsi vasitəsilə İrana çatdırılması planlaşdırılır. Van Səhiyyə İdarəsinin rəhbəri Məhəmməd Tosun bildirib ki, bu təşəbbüs müxtəlif bölgələrdən toplanan tibbi vasitələrin koordinasiyalı şəkildə çatdırılmasını təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, daha əvvəl də 3 yük maşını ilə yardım göndərilib və son göndərişlə birlikdə ümumi yardım sayı 9 maşına çatır.
Türkiyədə 5,2 bal gücündə zəlzələ olub
Türkiyənin Van şəhərinin Tuşba rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. AFAD tərəfindən verilən açıqlamada bildirilib ki, zəlzələdən sonra ilkin mərhələdə hər hansı mənfi hal qeydə alınmayıb. Qurum qeyd edib ki, hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinq və araşdırma işləri davam etdirilir.
Malazgirtdən əvvəl hansı döyüşdə qalib gəlindi?
Tuğrul bəyin ögey qardaşı İbrahim Yinal 1047-ci ildə Nişapura gələn türkmənləriAnadoluya göndərdi və onların arxasınca gələcəyinə söz verdi.
Türkiyə bələdiyyəsi idman ləvazimatları alacaq
Van Böyükşəhər Bələdiyyəsi 380 növ idman ləvazimatının alınması üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində alınacaq materiallar 30 təqvim günü ərzində təhvil verilməsi nəzərdə tutulur.
Türkiyədə silah və sursat qaçaqmalçılığına qarşı genişmiqyaslı əməliyyat: 202 şübhəli saxlanıldı
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son iki həftə ərzində Jandarma qüvvələri tərəfindən silah və sursat qaçaqmalçılığına qarşı keçirilən əməliyyatların nəticələrini açıqlayıb.
Azərbaycan XİN Pakistana başsağlığı verib
Pakistanın İslamabad və Vana şəhərlərində baş verən, çoxsaylı insan ölümü və yaralanması ilə nəticələnən terror aktları xəbəri Azərbaycanı dərin kədərləndirib.
Türkiyə-İran dəmir yolu əlaqəsi genişlənir: Ankara-Tehran xətti işə düşür
İran İslam Respublikası qonşu ölkələrlə əlaqələri gücləndirmək və regional dəmir yolu şəbəkəsini inkişaf etdirmək məqsədilə üç yeni beynəlxalq sərnişin marşrutunun istifadəyə verilməsinə hazırlaşır.
Türkiyədə narkotacirlərə qarşı əməliyyat keçirilib, 825 kiloqram heroin müsadirə olunub
Ali Yerlikaya Adana mərkəzli 7 əyalətdə keçirilən genişmiqyaslı narkotik əməliyyatı nəticəsində 825 kiloqram heroinin ələ keçirildiyini və 30 şübhəlinin saxlanıldığını açıqlayıb.
Türkiyədə 125 mənzilli yaşayış kompleksi inşa ediləcək
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Toplu Mənzil İdarəsi (TOKİ), Van şəhərinin Çaldıran ilçəsində yerləşəcək 125 mənzildən ibarət yeni yaşayış kompleksinin inşası, infrastruktur işləri və ətraf mühitin abadlaşdırılması üzrə tender elan edib.
Yaşar Gülər İran sərhədinə gedib
Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər və Türk Silahlı Qüvvələri Komandanlıq heyəti, İran ərazisindəki hərbi birliklərdə yoxlama və nəzarət işləri aparmaq üçün Van’a getdi.