14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə narkotacirlərə qarşı əməliyyat keçirilib, 825 kiloqram heroin müsadirə olunub

Ali Yerlikaya Adana mərkəzli 7 əyalətdə keçirilən genişmiqyaslı narkotik əməliyyatı nəticəsində 825 kiloqram heroinin ələ keçirildiyini və 30 şübhəlinin saxlanıldığını açıqlayıb.

2 İyul 2025 10:06
Türkiyədə narkotacirlərə qarşı əməliyyat keçirilib, 825 kiloqram heroin müsadirə olunub

BAKI, AzerVoice

Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya Adana mərkəzli 7 əyalətdə keçirilən genişmiqyaslı narkotik əməliyyatı nəticəsində 825 kiloqram heroinin ələ keçirildiyini və 30 şübhəlinin saxlanıldığını açıqlayıb.

AzerVoice xəbər verir ki, nazir Yerlikaya sosial media hesabında yaydığı məlumatda bildirib ki, əməliyyatlar Adana Baş Prokurorluğu və Emniyyət Baş İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin koordinasiyası ilə həyata keçirilib. Əməliyyatlara Adana Əyalət Təhlükəsizlik İdarəsinin xüsusi qrupları rəhbərlik edib.

Əməliyyatlar Adana, Hakkari, Hatay, İstanbul, Van, Diyarbəkir və Mersin əyalətlərində təşkil olunub.

Ali Yerlikaya qeyd edib ki, cinayətkar qruplaşmanın başçısı olan Ş.İ. hazırda xaricdə gizlənir. Onun idarə etdiyi beynəlxalq narkotik təşkilatına qarşı keçirilən əməliyyat çərçivəsində 38 ayrı ünvana eyni vaxtda basqın təşkil olunub.

“Bu əməliyyatlarla 825 kiloqram heroin müsadirə etdik. Zəhər tacirliyində ittiham olunan 30 nəfər şübhəli saxlanılıb. Bundan əlavə, qanunsuz odlu silahlar və çoxlu sayda rəqəmsal materiallar da ələ keçirilib,” – deyə nazir bildirib.

Məqalədə: #Türkiyə #İstanbul #Ali Yerlikaya #Adana şəhəri #Hakkari #Mersin #Hatay #Van #Diyarbakır #Diyarbəkir

Mövzu üzrə digər xəbərlər

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.