Türkiyədə 3,5 maqnitudalı zəlzələ olub
Türkiyənin Adana vilayətində 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata əsasən, zəlzələ Adana vilayətinin Saimbeyli rayonunda yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 22:05-də) baş verib. Yeraltı təkanların ocağı 6,99 kilometr drinlikdə yerləşib.
Türkiyədə Mütəşəkkil Cinayət Qrupuna Qarşı Əməliyyat Keçirilib
Sinop Baş Prokurorluğunun koordinasiyası ilə jandarma tərəfindən Sinop mərkəzli Mersin, Adana, Elazığ, Qaziantep və Hatay rayonlarında cinayətkar şəbəkəyə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib. Bildirilib ki, əməliyyat zamanı hesablarda 643 milyon TL dəyərində pul dövriyyəsi aşkar edilib. Əməliyyat nəticəsində şəbəkənin başçısı da daxil olmaqla 20 nəfər saxlanılıb. Onlardan 11-i barəsində həbs qərarı çıxarılıb, 9 nəfərə isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub.
Türkiyədə Dövlət Xəstəxanası Tibbi Ləvazimatlar Satın Alacaq
Adananın Seyhan rayonunda yerləşən 5 Ocak Dövlət Xəstəxanası 45 növ tibbi, laboratoriya və biomedikal ləvazimatların alışı üçün tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Ləvazimatlar tenderin nəticələri açıqlandıqdan sonra 10 gün ərzində təhvil alınacaq.
Adanada FETÖ-yə qarşı əməliyyat keçirilib
Vilayət Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları, “Konstitusiya quruluşunu devirməyə cəhd” maddəsi üzrə axtarışda olan iki sabiq mütəxəssis çavuşu saxlayıb.
Adanada meşə yanğını baş verib
AzerVoice xəbər verir ki, Adanada gecə saat 12:00 radələrində meşə yanğını baş verib. Yanğının söndürülməsi üçün havadan və qurudan yanğınsöndürmə işləri aparılır.
Türkiyədə 72 şəhərdə narko əməliyyatlar keçirilib
Türkiyənin 72 şəhəində keçirilən genişmiqyaslı əməliyyatlar zamanı 1933 şübhəli saxlanılıb.
Türkiyədə narkotacirlərə qarşı əməliyyat keçirilib, 825 kiloqram heroin müsadirə olunub
Ali Yerlikaya Adana mərkəzli 7 əyalətdə keçirilən genişmiqyaslı narkotik əməliyyatı nəticəsində 825 kiloqram heroinin ələ keçirildiyini və 30 şübhəlinin saxlanıldığını açıqlayıb.
Türkiyənin bir neçə bölgəsində yanğın baş verib
Adana, Çanakkale və Antalya vilayətlərində başlayan yanğınlara havadan və qurudan müdaxilə edilir.