9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə 72 şəhərdə narko əməliyyatlar keçirilib

Türkiyənin 72 şəhəində keçirilən genişmiqyaslı əməliyyatlar zamanı 1933 şübhəli saxlanılıb.

19 İyul 2025 10:32
Türkiyədə 72 şəhərdə narko əməliyyatlar keçirilib

BAKI, AzerVoice

Türkiyənin 72 şəhəində keçirilən genişmiqyaslı əməliyyatlar zamanı 1933 şübhəli saxlanılıb.

AzerVoice xəbər verir ki, Daxili İşlər Naziri Ali Yerlikaya son iki həftədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan əməliyyatlarla bağlı açıqlama verib.

Onun sözlərinə görə, Təhlükəsizlik Baş İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə İdarəsinin koordinasiyasında keçirilən tədbirlər nəticəsində 927 kiloqram narkotik vasitə və 1 milyon 296 min ədəd narkotik tərkibli həb müsadirə olunub.

Əməliyyatlar Bursa, Adana, Qaziantep, İzmir, İstanbul və Ankara da daxil olmaqla 72 vilayətdə həyata keçirilib. Nazir bildirib ki, tədbirlərdə 3 min 720 qrup, 6 min 130 nəfərlik şəxsi heyət, 21 hava nəqliyyatı vasitəsi və 62 narkotik detektor iti iştirak edib.

Nazir Yerlikaya əməliyyatların uğurlu keçirilməsində əməyi olan bütün qurumlara təşəkkür edərək qeyd edib: “Qubernatorlarımızı, Respublika Baş Prokurorluğumuzu, Milli Təhlükəsizlik Baş İdarəmizi, Narkotik Cinayətlərlə Mübarizə İdarəmizi və ərazi polis rəislərimizi təbrik edirəm. Narkotiklərlə mübarizə təkcə təhlükəsizlik məsələsi deyil, həm də gələcəyimizin qorunması üçün zəruri addımdır”.

Qeyd edək ki, Türkiyə hökuməti son illərdə narkotiklərlə mübarizəyə prioritet sahə kimi yanaşır və mütəmadi olaraq genişmiqyaslı əməliyyatlar həyata keçirir.

Məqalədə: #Türkiyə #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Bursa #Adana şəhəri #narkotik #Narkoçelik əməliyyatları #Narkotik alverinə qarşı beynəlxalq əməliyyat

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
Avropada qazın qiyməti 2023-cü ildən bəri ən yüksək səviyyəyə yüksəlib
20:51
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
Kanada dolları ABŞ ilə ticarət müharibəsinin dərinləşməsi fonunda ucuzlaşıb
20:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
20:39
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
Çin, İran və Rusiya İran məsələsinin BMT TŞ-yə çıxarılmasına qarşı çıxıb
20:28
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.