8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə kibercinayətkarlığa qarşı şəbəkə ifşa edilib

7 May 2025 10:27
Türkiyədə kibercinayətkarlığa qarşı şəbəkə ifşa edilib

BAKI, AzerVoice

Türkiyədə kibercinayətkarlara qarşı nəhəng əməliyyatda 568 nəfər saxlanılıb.

AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya 39 vilayətdə kibercinayətlərə qarşı keçirilən genişmiqyaslı əməliyyatlar nəticəsində 568 şübhəlinin saxlanıldığını elan edib.

Nazir bildirib ki, son 10 gün ərzində İstanbul, Ankara, İzmir, Adana, Antalya da daxil olmaqla ümumilikdə 39 şəhərdə qanunsuz mərc oyunları, ixtisaslaşmış dələduzluq, internetdə uşaq istismarı, oğurluq və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması kimi cinayətlərə qarşı əməliyyatlar həyata keçirilib.

Əməliyyatlar çərçivəsində saxlanılan şəxslərin sosial media və fişinq (aldadıcı) saytlar vasitəsilə vətəndaşları “yüksək gəlir vədi” ilə aldatdıqları, qanunsuz mərc saytları üçün texniki infrastruktur yaratdıqları, mobil bank hesablarını ələ keçirməklə haqsız qazanc əldə etdikləri müəyyən edilib.

Qeyd edək ki, istintaq çərçivəsində 1 milyard 111 milyon 599 min lirə dəyərində pul və əmlak – o cümlədən 21 avtomobil, 28 torpaq sahəsi, 11 bağ və çox sayda rəqəmsal material müsadirə olunub. Həmçinin sənədsiz tüfənglər də aşkarlanıb. Hazırda saxlanılan şəxslər barəsində prokurorluq tərəfindən hüquqi araşdırmalar davam etdirilir.

Məqalədə: #Türkiyə #Ankara #Türkiyə Daxili İşlər Nazirliyi #Ali Yerlikaya #Adana şəhəri #Antalya #kibercinayətkarlıq #kibercinayət #kibercinayətlərə qarşı əməliyyatlar

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.