5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Malayziyanın Baş naziri Türkiyəyə rəsmi səfərə gəlib

Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gəlib. Malayziya hökumət başçısını Ankara Esenboğa Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duranın sosial şəbəkə hesabında verdiyi məlumata görə, səfər çərçivəsində 7 yanvar tarixində Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

7 Yanvar 2026 22:18
Malayziyanın Baş naziri Türkiyəyə rəsmi səfərə gəlib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Malayziyanın Baş naziri Ənvər İbrahim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfərə gəlib.

Malayziya hökumət başçısını Ankara Esenboğa Hava Limanında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qarşılayıb.

AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duranın sosial şəbəkə hesabında verdiyi məlumata görə, səfər çərçivəsində 7 yanvar tarixində Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, müdafiə, ticarət və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunacaq. Həmçinin Türkiyə ilə Malayziya arasında müqavilə-hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Danışıqlarda regional və beynəlxalq gündəlikdə duran məsələlər, İslam dünyasında baş verən proseslər, qlobal təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq mexanizmləri də müzakirə olunacaq.

Rəsmi Ankara səfərin Türkiyə–Malayziya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi baxımından mühüm mərhələ olduğunu bildirir.

Məqalədə: #Türkiyə–Malayziya münasibətlərində yeni mərhələ: Ənvər İbrahim Ankarada #Malayziya Baş naziri Türkiyəyə rəsmi səfərə gəldi #Ankara–Kuala Lumpur xəttində strateji əməkdaşlıq güclənir #Ərdoğan–Ənvər İbrahim görüşü: Strateji Şura ilk dəfə toplanır #Türkiyə və Malayziya arasında yeni razılaşmalar gözlənilir #Esenboğada rəsmi qarşılanma: Malayziya Baş naziri Türkiyədə #Türkiyə–Malayziya Yüksək Səviyyəli Şura fəaliyyətə başlayır #Ankara regional və qlobal məsələləri Malayziya ilə müzakirə edir

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.