14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan Trampla Suriyanın gələcəyini və Qəzza sülhünü müzakirə edib

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi telefon danışığını yüksək qiymətləndirib. Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılmaq üçün Ağ Evdən ayrılarkən mətbuatın suallarını cavablandıran Tramp, görüşün "çox yaxşı keçdiyini" bildirib.

21 Yanvar 2026 09:18
Ərdoğan Trampla Suriyanın gələcəyini və Qəzza sülhünü müzakirə edib

BAKI, AzerVoice, Nailə Babazadə

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi telefon danışığını yüksək qiymətləndirib.

AzerVoice xəbər verir ki, Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılmaq üçün Ağ Evdən ayrılarkən mətbuatın suallarını cavablandıran Tramp, görüşün "çox yaxşı keçdiyini" bildirib.

Türkiyə Prezidentliyi Kommunikasiya İdarəsindən verilən məlumata görə, liderlər ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələləri də müzakirə ediblər. Prezident Ərdoğan Türkiyənin Suriyadakı hadisələri yaxından izlədiyini və bu ölkənin birliyi, bərabərliyi və ərazi bütövlüyünün Türkiyə üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Görüşdə həmçinin İŞİD-lə mübarizə və Suriya həbsxanalarındakı terrorçuların vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb. Ərdoğan terrorçulardan təmizlənmiş və daxili sabitliyi bərpa olunmuş Suriyanın regionda sülhün qarantı olacağını qeyd edib.

Görüşün digər mühüm mövzusu Qəzzada sülhün təmin edilməsi istiqamətində atılan addımlar olub. Prezident Ərdoğan bu məsələdə Türkiyənin ABŞ ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməyə davam edəcəyini bildirib. O, həmçinin Qəzza Sülh Şurasına dəvət edildiyi üçün Donald Trampa təşəkkürünü ifadə edib. Liderlər bölgədəki gərginliyin azaldılması üçün birgə diplomatik səylərin artırılmasının vacibliyi barədə razılığa gəliblər.

Məqalədə: #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Qəzza zolağı #Donald Tramp #Suriya #Davos İqtisadi Forumu #Qəzza hücumu #Suriya xəbərləri #Suriya münaqişəsi #Suriya siyasi həll #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Tramp və Ərdoğan münasibətləri #Ərdoğan–Tramp görüşü

Mövzu üzrə digər xəbərlər

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

Yuxuda köstəbək görmək
Yuxuda köstəbək görmək
08:00
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
Səudiyyə Ərəbistanı ilk milli avtomobil brendini sentyabrın 21-də təqdim edəcək
07:56
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
İslamabad Ər-Riyadla tam həmrəyliyini bəyan etdi
07:26
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
Siyasi sui-qəsdlərdən səhra cəbhələrinə - 14 sentyabrda ərəb dünyasının güc balansını dəyişən 20 tarixi fakt
02:00
Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.