8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyənin Baş Qərargah rəisi ABŞ və bir sıra ölkələrin baş qərargah rəisləri ilə görüşüb

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu NATO çərçivəsində ABŞ və bir sıra ölkələrin silahlı qüvvələrinin baş qərargah rəisləri ilə mühüm ikitərəfli görüşlər keçirib. Türkiyə Respublikası Baş Qərargahının yaydığı məlumata əsasən, ordu generalı Selçuk Bayraktaroğlu NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri toplantısı çərçivəsində ABŞ Baş Qərargah rəisi, ordu generalı Con Daniel Keyn ilə ikitərəfli görüş keçirib. Görüş zamanı ikitərəfli hərbi münasibətlər və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

23 Yanvar 2026 22:07
Türkiyənin Baş Qərargah rəisi ABŞ və bir sıra ölkələrin baş qərargah rəisləri ilə görüşüb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu NATO çərçivəsində ABŞ və bir sıra ölkələrin silahlı qüvvələrinin baş qərargah rəisləri ilə mühüm ikitərəfli görüşlər keçirib.

AzerVoice xəbər verir ki, Türkiyə Respublikası Baş Qərargahının yaydığı məlumata əsasən, ordu generalı Selçuk Bayraktaroğlu NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri toplantısı çərçivəsində ABŞ Baş Qərargah rəisi, ordu generalı Con Daniel Keyn ilə ikitərəfli görüş keçirib. Görüş zamanı ikitərəfli hərbi münasibətlər və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Baş Qərargahın rəsmi sosial şəbəkə hesabında yayılan məlumatda görüşə dair fotolar da təqdim edilib.

Brüsseldə təmaslarını davam etdirən Bayraktaroğlu, eyni toplantı çərçivəsində Böyük Britaniyanın Baş Qərargah rəisi, ordu generalı Riçard Nayton, İspaniyanın Baş Qərargah rəisi, admiral Teodoro Lopes Kalderon və İtaliyanın Baş Qərargah rəisi, ordu generalı Luçano Portolano ilə də ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə də hərbi əməkdaşlıq və regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Türkiyə Baş Qərargah rəisi Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Giorgi Matiyaşvili və Yaponiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hioraki Uçikura ilə də görüşüb. Görüşlərdə qarşılıqlı maraq doğuran hərbi və təhlükəsizlik məsələləri müzakirə edilib.

Məqalədə: #Bayraktaroğlu ABŞ və altı ölkənin ordusu ilə danışıqlar apardı #Türkiyə Baş Qərargah rəisi NATO-da kritik görüşlər keçirdi #Bayraktaroğlu ABŞ və müttəfiq ölkələrin generalları ilə görüşdü #NATO sammitində Türkiyədən çoxşaxəli hərbi diplomatiya #Türkiyə ordusu müttəfiqlərlə təhlükəsizlik məsələlərini müzakirə etdi #Bayraktaroğlunun Brüssel təmasları davam edir #Bayraktaroğlu ABD ve müttefik ülkelerin genelkurmay başkanlarıyla görüştü #TSK’dan NATO zirvesinde kritik temaslar #Bayraktaroğlu ABD ve 5 ülkenin ordusuyla bir araya geldi #NATO toplantısında Türk ordusundan yoğun diplomasi #Türkiye ABD ve Avrupa ordularıyla temaslarını sürdürdü #Bayraktaroğlu’nun Brüksel görüşmeleri

Mövzu üzrə digər xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.