9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə 15 milyard lirədən çox dövriyyəsi olan qanunsuz mərc şəbəkəsi çökdürülüb

Türkiyənin Batman şəhəri mərkəz olmaqla 10 müxtəlif vilayətdə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində qanunsuz mərc oyunları təşkil edən böyük şəbəkə çökdürülüb. Batman Respublika Baş Prokurorluğunun kordinasiyası ilə həyata keçirilən təhqiqatlar zamanı məlum olub ki, cinayətkar qruplaşma virtual qumar saytlarından əldə edilən "çirkli pulları" müxtəlif bank hesablarına, oradan isə iz itirmək məqsədilə kripto pul hesablarına köçürərək yuyub.

25 Fevral 2026 10:44
Türkiyədə 15 milyard lirədən çox dövriyyəsi olan qanunsuz mərc şəbəkəsi çökdürülüb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Nailə Babazadə

Türkiyənin Batman şəhəri mərkəz olmaqla 10 müxtəlif vilayətdə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində qanunsuz mərc oyunları təşkil edən böyük şəbəkə çökdürülüb.

VOA xəbər verir ki, Batman Respublika Baş Prokurorluğunun kordinasiyası ilə həyata keçirilən təhqiqatlar zamanı məlum olub ki, cinayətkar qruplaşma virtual qumar saytlarından əldə edilən "çirkli pulları" müxtəlif bank hesablarına, oradan isə iz itirmək məqsədilə kripto pul hesablarına köçürərək yuyub.

Kiber Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı araşdırmalar nəticəsində şəbəkənin miqyası hər kəsi heyrətə gətirib. Müəyyən olunub ki, 81 şübhəli şəxs 2 milyondan çox bank əməliyyatı vasitəsilə ümumilikdə 15 milyard 172 milyon 805 min 258 lirə məbləğində vəsait dövriyyəsi həyata keçirib.

Batman, İstanbul, Ankara, Antalya, İzmir, Sakarya, Kastamonu, Nevşehir, Mersin və Diyarbakırda təşkil edilən əməliyyatlara 105 xüsusi qrup və 350 polis əməkdaşı cəlb olunub. Eyni vaxtda həyata keçirilən reydlər nəticəsində 73 şübhəli şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Hazırda saxlanılan şəxslərin polis idarəsindəki ifadələri davam edir. Şəbəkənin digər 8 üzvünün tutulması istiqamətində isə axtarış tədbirləri fasiləsiz olaraq aparılır.

Məqalədə: #mərc #mərc oyunu #qanunsuz mərc oyunları #Qanunsuz mərc əməliyyatı Türkiyə #İstanbul futbol mərclik #idman mərc oyunları #qanunsuz mərc fəaliyyəti #qanuni mərc saytları

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.