13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İstanbulda qlobal zirvə - STRATCOM-da əsas mövzu müharibə və təhlükəsizlik

Türkiyədə bu il beşinci dəfə keçiriləcək Strateji Kommunikasiya Zirvəsində (STRATCOM) Yaxın Şərqdəki müharibə və beynəlxalq sistemdə baş verən dəyişikliklər geniş müzakirə olunacaq. Tədbirdə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, eləcə də 10 ölkədən 11 nazir və 60-dan çox yüksək səviyyəli rəsmi iştirak edəcək.

25 Mart 2026 12:27
İstanbulda qlobal zirvə - STRATCOM-da əsas mövzu müharibə və təhlükəsizlik

BAKI,VOA, Fərid Mikayılov

Türkiyədə bu il beşinci dəfə keçiriləcək Strateji Kommunikasiya Zirvəsində (STRATCOM) Yaxın Şərqdəki müharibə və beynəlxalq sistemdə baş verən dəyişikliklər geniş müzakirə olunacaq.

VOA xəbər verir ki, Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil edilən zirvə martın 27-28-də İstanbulda keçiriləcək.

Tədbirdə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, eləcə də 10 ölkədən 11 nazir və 60-dan çox yüksək səviyyəli rəsmi iştirak edəcək.

“Beynəlxalq sistemdə qırılma: böhranlar, narrativlər və yeni nizam axtarışı” mövzusunda keçiriləcək zirvədə qlobal böhranlar, geosiyasi dəyişikliklər və yeni dünya düzəni ilə bağlı yanaşmalar müzakirə olunacaq.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran bildirib ki, məqsəd strateji kommunikasiyanın gücündən istifadə edərək beynəlxalq əməkdaşlığı gücləndirmək və ortaq yanaşmalar formalaşdırmaqdır.

Zirvə çərçivəsində artan geosiyasi gərginliklər, iqtisadi qeyri-sabitlik və qlobal narrativ rəqabəti ilə yanaşı, Yaxın Şərqdəki müharibə də əsas müzakirə mövzularından biri olacaq.

İki gün davam edəcək tədbirdə həmçinin lider diplomatiyası, rəqəmsal kommunikasiya, iqlim diplomatiyası, müdafiə sənayesi, qlobal təhlükəsizlik, süni intellektin rolu və münaqişə zonalarında informasiya mübarizəsi kimi mövzular da diqqət mərkəzində olacaq.

Məqalədə: #Türkiyə #İstanbul #Yaxın Şərq #STRATCOM #Strateji Kommunikasiya Zirvəsi

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.