5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə ABŞ və İran arasındakı atəşkəs səylərini rəsmən dəstəklədiyini bildirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Külliyəsində keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) növbəti iclası başa çatıb. Təxminən 3 saat davam edən toplantının yekununda qəbul edilən bəyannamədə Türkiyənin daxili və xarici təhlükəsizlik prioritetləri, habelə regional münaqişələrlə bağlı qəti mövqeyi ifadə olunub.

8 Aprel 2026 21:16
Türkiyə ABŞ və İran arasındakı atəşkəs səylərini rəsmən dəstəklədiyini bildirdi

BAKI,VOA, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Külliyəsində keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) növbəti iclası başa çatıb. Təxminən 3 saat davam edən toplantının yekununda qəbul edilən bəyannamədə Türkiyənin daxili və xarici təhlükəsizlik prioritetləri, habelə regional münaqişələrlə bağlı qəti mövqeyi ifadə olunub.

VOA xəbər verir ki, şura bəyan edib ki, Türkiyənin ətrafında baş verən müharibələr, qarşıdurmalar və təxribatların daxili sülh prosesini sabote etməsinə imkan verilməyəcək. "Terrorun millətimizin gündəmindən geri dönməmək üzrə çıxarılacağı" vurğulanaraq, PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD kimi terror təşkilatlarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyi bildirilib.

Toplantıda ABŞ, İsrail və İran arasındakı gərginliyi azaldan atəşkəs səyləri məmnuniyyətlə qarşılanıb. Bununla belə, İsrail rəhbərliyinin işğal siyasətini Livana da yaymasının yeni humanitar faciələrə yol açdığı qeyd olunub. Türkiyə beynəlxalq birliyi bu hüquqdan kənar hərəkətlərə qarşı hərəkətə keçməyə çağıraraq, Livanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini bir daha təsdiqləyib.

MGK bildirisində Suriyanın ərazi bütövlüyünü və suverenliyini möhkəmləndirəcək inteqrasiya prosesinin "tək dövlət və tək ordu" prinsipi əsasında reallaşdırılmasına dəstək ifadə olunub. Həmçinin, dost və qardaş İraq xalqının hüzuru və ölkədəki sabitliyin qorunmasının Türkiyə üçün əhəmiyyəti vurğulanıb.

Rusiya-Ukrayna müharibəsinin gedişatını dəyərləndirən Şura, hərbi əməliyyatların Qara dənizə sıçramasına və enerji təhlükəsizliyini təhdid edən bir vəziyyətə gəlməsinə imkan verilməyəcəyini qətiyyətlə qeyd edib. Bütün tərəflərə təmkinli davranmaq və münaqişələri diplomatiya yolu ilə həll etmək çağırışı edilib.

Türkiyənin bir "sabitlik adası" kimi qlobal sülhün bərqərar olması istiqamətindəki səylərini müttəfiqləri ilə birlikdə davam etdirəcəyi bəyanatın yekun vurğusu olub.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #PKK terror təşkilatı #terror aktı #İsrail və İran gərginliyi #İran-İsrail qarşıdurması #İsrail İran münaqişəsi

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03
Ərdoğan Bişkekə gedir
Türkiyə

Ərdoğan Bişkekə gedir

31 Avqust 09:38

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.