7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə zülmə qarşı həm diplomatiya, həm də hüquq müstəvisində mübarizə aparır - Türkiyə Ədliyyə Naziri

Türkiyənin Ədliyyə naziri Akın Gürlek, Qəzzaya humanitar yardım daşıyan "Sumud" donanmasına qarşı İsrail tərəfindən həyata keçirilən hücumla bağlı hazırlanan ittihamnamənin qəbul edildiyini və mühüm bir məhkəmə prosesinin başladığını elan edib. Nazir öz sosial media hesabında paylaşım edərək, bu prosesin beynəlxalq hüquq müstəvisində tarixi bir əhəmiyyət kəsb etdiyini vurğulayıb.

10 Aprel 2026 22:12
Türkiyə zülmə qarşı həm diplomatiya, həm də hüquq müstəvisində mübarizə aparır - Türkiyə Ədliyyə Naziri

BAKI,VOA, Nailə Babazadə

Türkiyənin Ədliyyə naziri Akın Gürlek, Qəzzaya humanitar yardım daşıyan "Sumud" donanmasına qarşı İsrail tərəfindən həyata keçirilən hücumla bağlı hazırlanan ittihamnamənin qəbul edildiyini və mühüm bir məhkəmə prosesinin başladığını elan edib.

VOA xəbər verir ki, nazir öz sosial media hesabında paylaşım edərək, bu prosesin beynəlxalq hüquq müstəvisində tarixi bir əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazir Gürlek qeyd edib ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan bu təhqiqatın məhkəmə mərhələsinə gəlib çatması Türk ədalətinin qərarlı iradəsinin göstəricisidir. O, Türkiyənin təkcə diplomatiya sahəsində deyil, həm də hüquq zəminində zülmə qarşı duruşunu ortaya qoyduğunu bildirib: "Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın güclü liderliyi ilə Türkiyə Cümhuriyyəti Dövləti bu duruşunu açıq və net şəkildə nümayiş etdirir".

Açıqlamada İsrailin Baş naziri Benyamin Netanyahu və rəhbərlik etdiyi qrupun mülki şəxslərə qarşı sistematik hücumlar, bəşəriyyətə qarşı cinayətlər, soyqırım, işgəncə və talançılıq kimi ağır əməllərinə görə hüquq qarşısında mütləq cavab verəcəyi qeyd olunub. Gürlek "Heç kim işlədiyi cinayətin ağırlığını tutduğu vəzifənin arxasında gizlədə bilməz" deyərək sərt xəbərdarlıq edib.

Ədliyyə Nazirliyi olaraq insanlığın ortaq vicdanını yaralayan hər bir hərəkətin təqibçisi olacaqlarını bildirən nazir, ədalətin bərqərar olması üçün hüquq çərçivəsində mübarizəni qətiyyətlə davam etdirəcəklərini bəyan edib.

Məqalədə: #Türkiyə #Qəzza #Benyamin Netanyahu #Qəzza zolağı #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Humanitar fəlakət Qəzza #Qlobal Sumud Flotiliyası #Akın Gürlek

Mövzu üzrə digər xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Digər Xəbərlər

Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb

19:43
Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur
Digər Dövlətlər

Almaniya Qəzzaya görə Beynəlxalq Ədalət Məhkəməsində ittiham olunur

19:13
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Yaxın Şərq

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS

18:46
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

18:37

Son Xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
20:39
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
20:30
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.