5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə yeni bir helikopter qəzası baş verib - Səbəbi nədir?

Türkiyədə hərbi helikopterin qəzaya uğraması ilə bağlı rəsmi qurumlar araşdırmalara başlayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Quru Aviasiya Komandanlığına məxsus CH-47 ağır nəqliyyat helikopteri təlim uçuşu zamanı Ankara şəhərinin Temelli bölgəsində qəzaya uğrayıb.

22 Aprel 2026 09:16
Türkiyədə yeni bir helikopter qəzası baş verib - Səbəbi nədir?

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyədə hərbi helikopterin qəzaya uğraması ilə bağlı rəsmi qurumlar araşdırmalara başlayıb.

VOA xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Quru Aviasiya Komandanlığına məxsus CH-47 ağır nəqliyyat helikopteri təlim uçuşu zamanı Ankara şəhərinin Temelli bölgəsində qəzaya uğrayıb.

Nazirliyin məlumatına görə, hadisə nəticəsində helikopterdə olan şəxsi heyətin sağlamlığında hər hansı mənfi hal qeydə alınmayıb. Qəzanın səbəblərinin isə aparılacaq detallı texniki araşdırmalardan sonra müəyyən ediləcəyi bildirilib.

Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz məsələ ilə bağlı açıqlamasında Silahlı Qüvvələrə və hadisədən sağ çıxan heyətə “keçmiş olsun” diləyərək, qəzanın səbəblərinin bütün aspektlər üzrə diqqətlə araşdırılacağını qeyd edib.

Eyni zamanda, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran da açıqlama verərək bildirib ki, hadisə ilə bağlı yayıla biləcək təsdiqlənməmiş və dezinformasiya xarakterli məlumatlara etibar edilməməlidir.

Rəsmi açıqlamalara əsasən, hazırda hadisənin səbəblərinin müəyyən olunması üçün texniki ekspertiza prosesi davam etdirilir.

Məqalədə: #təhlükəsizlik #Türkiyə Milli Müdafiə Nazirliyi açıqlaması #Türkiyə helikopter qəzası #CH-47 helikopteri #Quru Aviasiya Komandanlığı #Ankara Temelli #təlim uçuşu #hərbi insident #texniki araşdırma #Türkiyədə CH-47 helikopter qəzası 2026 #Ankara Temelli hərbi helikopter hadisəsi #təlim uçuşu zamanı helikopter qəzası #helikopter qəzasının səbəbləri araşdırılır

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir
Digər Xəbərlər

İslam Hərbi Alyansı və Britaniya terrorla mübarizədə əməkdaşlığı genişləndirir

3 Sentyabr 13:50
Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib
Siyasət

Qırğızıstan Prezidenti ŞƏT çərçivəsində əməkdaşlığın prioritetlərini müəyyənləşdirib

1 Sentyabr 12:57
ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov
Qırğızıstan

ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

1 Sentyabr 09:08

Son Xəbərlər

İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.