9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Malayziyadan Türkiyəyə nəhəng sifariş: 24 ədəd ATMACA raketi alınır

Malayziya Müdafiə Nazirliyi donanmanın modernləşdirilməsi çərçivəsində həyata keçirilən raket satınalmaları ilə bağlı maliyyə detallarını açıqlayıb. Verilən məlumata görə, Türkiyədən tədarük ediləcək 24 ədəd Roketsan istehsalı olan ATMACA gəmiəleyhinə raketi üçün 79,5 milyon avro ödəniş ediləcək.

23 Aprel 2026 14:55
Malayziyadan Türkiyəyə nəhəng sifariş: 24 ədəd ATMACA raketi alınır

BAKI,VOA

Malayziya Müdafiə Nazirliyi donanmanın modernləşdirilməsi çərçivəsində həyata keçirilən raket satınalmaları ilə bağlı maliyyə detallarını açıqlayıb. Verilən məlumata görə, Türkiyədən tədarük ediləcək 24 ədəd Roketsan istehsalı olan ATMACA gəmiəleyhinə raketi üçün 79,5 milyon avro ödəniş ediləcək.

VOA xəbər verir ki,açıqlamada həmçinin bildirilib ki, Cənubi Koreya istehsalı olan 48 ədəd K-SAAM hava müdafiə raketi üçün 94,8 milyon dollar büdcə ayrılıb. Digər tərəfdən, MBDA şirkəti ilə planlaşdırılan 29 ədəd VL MICA raketinə dair niyyət məktubunun dəyəri hələlik dəqiqləşmədiyi üçün açıqlanmayıb.

Sözügedən sursatların Türkiyədə inşa edilməkdə olan LMS Batch 2 sinifli gəmilərdə istifadə ediləcəyi qeyd olunub. Bu çərçivədə tədarük ediləcək sistemlərin Malayziya Donanmasının xüsusilə regional dəniz təhlükəsizliyi sahəsindəki çəkindiriciliyini artıracağı gözlənilir.

ATMACA Sahil Müdafiə Sisteminin texniki xüsusiyyətləri:
Uzunluq: 4,3 m – 5,2 m
Mənzil: > 220 km
İdarəetmə (Güdüm): ANS (İnersial Naviqasiya Sistemi) + KKS (Qlobal Mövqeyləşdirmə Sistemi) + Barometrik Altimetr + Radar Altimetri
Döyüş başlığının tipi: Yüksək partlayıcılı / Penetrasiya (nüfuzedici) təsirli
Döyüş başlığının çəkisi: 220 kq
Məlumat ötürmə kanalı (Veribağı): Hədəfin yenilənməsi, yenidən hücum, tapşırığın ləğv edilməsi imkanı
Arayıcı başlıq: Aktiv RF (Radio Tezlikli)
Sistemin əsas xüsusiyyətləri:
Otonom işləmə qabiliyyəti
Uzun mənzil və aşağı radar izi
Yüksək hədəf vurma dəqiqliyi
Bütün hava şəraitində vəzifə icra edə bilmə imkanı
Elektron əks-tədbirlərə qarşı dözümlülük
Məlumat ötürmə kanalı vasitəsilə hədəfin yenilənməsi, yenidən hücum və tapşırığın ləğvi funksiyası
Üçölçülü tapşırıq planlaşdırma
Hədəfə vaxtında çatma (ToT): Müxtəlif platformalardan çoxsaylı hədəfə eyni vaxtda zərbə
Fərqli zamanlarda hədəfə çatma (DToT): Eyni platformadan çoxsaylı hədəfə zərbə
Ardıcıl vaxtlarda hədəfə çatma (SToT): Hədəfi davamlı atəş altında saxlama
Salvo (yaylım) atəşi açma imkanı
Suüstü və sualtı platformalardan quru və suüstü hədəflərinə qarşı əməliyyat keçirmə qabiliyyəti
Yenidən hücum rejimi
Suüstü, sualtı və quru platformalarından həm suüstü, həm də quru hədəflərinə qarşı effektiv hücum imkanı

Məqalədə: #Türkiyə müdafiə sənayesi #ROKETSAN #ATMACA #Dəniz təhlükəsizliyi #ATMACA raketi #hərbi texnologiya #Malayziya Müdafiə Nazirliyi #Malayziya Donanmas #LMS Batch 2 #gəmiəleyhinə raket #hərbi ixracat #K-SAAM #VL MICA

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.