8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə məktəblərdə kamera və təcili çağırış sistemləri qurulacaq

Türkiyədə məktəb və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün 81 vilayət valiliyinə yeni təlimat göndərilib. Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Mustafa Çiftçinin imzası ilə göndərilən sənəddə məktəblərdə qoruyucu və qabaqlayıcı təhlükəsizlik tədbirlərinin artırılması, erkən xəbərdarlıq mexanizmlərinin yaradılması və risk əsaslı nəzarət sisteminin tətbiqi nəzərdə tutulur.

25 Aprel 2026 13:50
Türkiyədə məktəblərdə kamera və təcili çağırış sistemləri qurulacaq

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyədə məktəb və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün 81 vilayət valiliyinə yeni təlimat göndərilib.

VOA xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Mustafa Çiftçinin imzası ilə göndərilən sənəddə məktəblərdə qoruyucu və qabaqlayıcı təhlükəsizlik tədbirlərinin artırılması, erkən xəbərdarlıq mexanizmlərinin yaradılması və risk əsaslı nəzarət sisteminin tətbiqi nəzərdə tutulur.

Yeni qaydalara əsasən, məktəblərdə kamera sistemləri qurulacaq, giriş-çıxışlar nəzarətə götürüləcək, zəruri hallarda yoxlama cihazları və təcili vəziyyət düymələri yerləşdiriləcək. Bu düymələr vasitəsilə məktəblər polis, jandarma və 112 xidməti ilə birbaşa əlaqə yarada biləcək.

Sənəddə məktəblərin risk səviyyəsinə görə ayrıca qiymətləndiriləcəyi, yüksək riskli təhsil müəssisələrində daimi “məktəb hüquq-mühafizə əməkdaşı”nın fəaliyyət göstərəcəyi bildirilir. Digər məktəblərdə isə rəhbərliklə daimi əlaqədə olacaq “təhlükəsiz təhsil üzrə koordinasiya əməkdaşı” təyin ediləcək.

Təlimata əsasən, məktəb giriş-çıxış saatlarında hüquq-mühafizə qüvvələrinin iştirakı artırılacaq, məktəb ətrafındakı tərk edilmiş tikililər, parklar, internet klublar və şagirdlərin sıx olduğu ərazilərdə patrul və yoxlamalar gücləndiriləcək.

Yeni yanaşma yalnız fiziki təhlükəsizliklə məhdudlaşmayacaq. Şagirdlər arasında zorakılıq meylləri, rəqəmsal risklər, sosial mediada təhlükəli çağırışlar və kibertəhdidlər də izləniləcək. Risk qrupunda olan uşaqlarla bağlı məktəb, valideyn və aidiyyəti qurumlar arasında koordinasiya təmin ediləcək.

Valiliklər görülən tədbirlər və qarşılaşılan problemlərlə bağlı aylıq hesabatları Milli Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinə təqdim edəcəklər.

Məqalədə: #Daxili İşlər Nazirliyi #Mustafa Çiftçi #Məktəb təhlükəsizliyi #Türkiyə məktəbləri #Türkiyədə məktəb təhlükəsizliyi tədbirləri #81 vilayətə göndərilən məktəb təhlükəsizliyi təlimatı #Türkiyə Daxili İşlər Nazirliyinin yeni qərarı #məktəb ətrafında patrul və yoxlamalar

Mövzu üzrə digər xəbərlər

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)
Hadisə

Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

2 Sentyabr 09:32
BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb
BƏƏ

BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket təhlükəsi aşkarlayıb

18 Avqust 20:23
Türkiyədə yeni nəsil cinayət şəbəkələrinə qarşı Terrorla Mübarizə bölmələri də cəlb ediləcək
Türkiyə

Türkiyədə yeni nəsil cinayət şəbəkələrinə qarşı Terrorla Mübarizə bölmələri də cəlb ediləcək

18 Avqust 15:25
Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb
Cəmiyyət

Cəbrayılda mina partlayışı baş verib, bir nəfər xəsarət alıb

23 İyul 20:56

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.