12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Qazaxıstan Türkiyə hərbi aviasiyası üçün hava məkanını açdı

Qazaxıstan və Türkiyə arasında hərbi tranzitlə bağlı yeni saziş təsdiqlənib. Qazaxıstan Senatı Türkiyə ilə hərbi əmlak və şəxsi heyətin hava məkanı vasitəsilə tranzitinə dair sazişin ratifikasiyası haqqında qanun layihəsini qəbul edib. Sazişə əsasən, Türkiyəyə məxsus hərbi-nəqliyyat və icarəyə götürülmüş mülki təyyarələrin hər iki ölkənin hava məkanından enişsiz uçuşuna hüquqi baza yaradılır. Sənəd bərabərlik, tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır.

28 Aprel 2026 15:58
Qazaxıstan Türkiyə hərbi aviasiyası üçün hava məkanını açdı

BAKI,VOA, Orxan Qədirzadə

Qazaxıstan və Türkiyə arasında hərbi tranzitlə bağlı yeni saziş təsdiqlənib.

VOA xəbər verir ki, Qazaxıstan Senatı Türkiyə ilə hərbi əmlak və şəxsi heyətin hava məkanı vasitəsilə tranzitinə dair sazişin ratifikasiyası haqqında qanun layihəsini qəbul edib.

Sazişə əsasən, Türkiyəyə məxsus hərbi-nəqliyyat və icarəyə götürülmüş mülki təyyarələrin hər iki ölkənin hava məkanından enişsiz uçuşuna hüquqi baza yaradılır. Sənəd bərabərlik, tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanır.

Məlumata görə, hərbi təyyarələr üçün illik diplomatik icazə nömrəsi, digər uçuşlar üçün isə birdəfəlik icazə mexanizmi tətbiq ediləcək. Bütün uçuşların beynəlxalq aviasiya qaydalarına uyğun olaraq subsonik sürətlə həyata keçirilməsi nəzərdə tutulur.

Saziş çərçivəsində tərəflər aeronaviasiya, hava limanı və yerüstü xidmətlərə görə ödənişlərin həyata keçirilməsi barədə razılığa gəliblər. Eyni zamanda, fövqəladə eniş hallarında qarşılıqlı yardım göstərilməsi və təhlükəsizlik zonalarının təmin edilməsi öhdəliyi də sənəddə əksini tapıb.

Razılaşmaya əsasən, texniki mütəxəssislərin qəza baş verən əraziyə çıxışı və müəyyən müddət ərzində fəaliyyət göstərməsi də mümkün olacaq.

Sənəd həmçinin şəxsi heyət üzərində yurisdiksiya, kompensasiya mexanizmləri və məxfi məlumatların qorunması məsələlərini tənzimləyir.

Məqalədə: #Qazaxıstan Türkiyə sazişi #hava məkanı tranziti #Qazaxıstan Türkiyə hərbi tranzit sazişi #hava məkanı istifadə qaydaları #Türkiyə hərbi təyyarələri icazə #Qazaxıstan Senatı qərarı 2026 #regional hərbi əməkdaşlıq analizi #beynəlxalq aviasiya qaydaları ICAO #təhlükəsizlik və yurisdiksiya məsələləri

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
09:47
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
Qətərdən Səudiyyəyə tam dəstək - "Şərq-Qərb" kəmərinə edilən PUA hücumu sərt pisləndi
09:45
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
09:27
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.