4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Məşhur Türk Youtuber Hantavirus aşkarlanan gəmidəki səyahəti ilə bağlı paylaşım edib

Tanınmış YouTuber Ruhi Çenet hantavirus aşkarlanmış “MV Hondius” adlı kruiz gəmisində 24 gün davam edən səyahət etdiyini açıqlayıb. O, gəmidən ayrıldıqdan sonra yaşadıqlarını sosial şəbəkə hesabında paylaşıb.

6 May 2026 11:24
Məşhur Türk Youtuber Hantavirus aşkarlanan gəmidəki səyahəti ilə bağlı paylaşım edib

BAKI,VOA Orxan Qədirzadə

Tanınmış YouTuber Ruhi Çenet hantavirus aşkarlanmış “MV Hondius” adlı kruiz gəmisində 24 gün davam edən səyahət etdiyini açıqlayıb. O, gəmidən ayrıldıqdan sonra yaşadıqlarını sosial şəbəkə hesabında paylaşıb.

VOA xəbər verir ki, 23 ölkədən 150-dən çox sərnişinin olduğu gəmi Atlantik okeanında Argentina istiqamətindən Afrikanın Qərbində yerləşən Cabo Verdeyə hərəkət edərkən yoluxucu xəstəlik şübhəsi yaranıb. Hadisə zamanı 3 nəfərin həyatını itirdiyi bildirilir.

Hantavirus: Səbəblər, simptomlar və kruiz gəmisindəki alovlanma haqqında bilməli olduğunuz hər şey Bunu da oxuyun Hantavirus: Səbəblər, simptomlar və kruiz gəmisindəki alovlanma haqqında bilməli olduğunuz hər şey

İlkin məlumatlara əsasən, gəmidə bir neçə sərnişində xəstəlik əlamətləri qeydə alınıb və ən azı bir ölüm hadisəsinin hantavirusla əlaqəli olduğu ehtimal edilir. İspaniya tərəfinin hadisə ilə bağlı genişmiqyaslı araşdırma və dezinfeksiya prosesi aparacağı bildirilib.

Ruhi Çenet isə paylaşımında ilkin mərhələdə lazımi tibbi nəzarətin yetərli olmadığını və sərnişinlərin eyni məkanlarda toplaşmağa davam etdiyini qeyd edib.

Çenetin sözlərinə görə, gəmidə xidmət edən yeganə həkimin də yoluxduğu və vəziyyətinin ağır olduğu iddia edilir. Bu hal gəmidə tibbi müdaxilə imkanları ilə bağlı ciddi narahatlıq yaradıb.

Səfərdən sonra tibbi analizlərdən keçdiyini bildirən Ruhi Çenet ciddi yoluxma aşkar edilmədiyini deyib. O, “Ucuz xilas oldum, amma hələ də orada baş verənləri düşünürəm” ifadəsini işlədib.

Hantavirus nədir?

Hantavirus əsasən gəmiricilər vasitəsilə insanlara keçən virusdur. Yoluxma adətən siçan və siçovulların ifrazatının havaya qarışmış hissəciklərinin nəfəs yolu ilə qəbul edilməsi nəticəsində baş verir.

Əsas əlamətlər:

Yüksək hərarət

Əzələ və baş ağrısı

Güclü halsızlıq

Ağır hallarda böyrək çatışmazlığı

Bəzi növlərdə kəskin tənəffüs çatışmazlığı

Mütəxəssislərə görə, xəstəlik nadir görülsə də, ağır gedişat və yüksək ölüm riski daşıya bilər.

Gəmidə baş verən hadisə kruiz təhlükəsizliyi, yoluxucu xəstəliklərin idarə olunması və sərnişin nəzarət protokolları ilə bağlı sualları yenidən gündəmə gətirib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Məqalədə: #Hantavirus nədir #Hantavirus yoluxma yolları #kruiz gəmisində xəstəlik #MV Hondius gəmisi hadisəsi #kruiz sərnişin təhlükəsizliyi #gəmidə epidemiya şübhəsi #yoluxucu xəstəliklər dəniz səyahəti #Atlas okeanı kruiz hadisəsi #viral infeksiyalar və ölüm riski

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.