Hantavirus: Səbəblər, simptomlar və kruiz gəmisindəki alovlanma haqqında bilməli olduğunuz hər şey
Bu gün yayımlanan xəbərlərə görə, “MV Hondius” kruiz gəmisində baş verən hantavirus alovlanması nəticəsində 3 nəfər həyatını itirib, daha 3 xəstə isə Praia (Kabo-Verde) limanından Avropaya təxirəsalınmaz tibbi evakuasiya edilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda 8 yoluxma halının qeydə alındığını, onlardan 3-nün laboratoriya şəraitində təsdiqləndiyini bildirib. Gəmidəki sərnişinlərin kabinalarında izolyasiya edildiyi bir vaxtda, mütəxəssislər bu nadir, lakin təhlükəli virus haqqında ən çox verilən sualları cavablandırıblar.
Məşhur Türk Youtuber Hantavirus aşkarlanan gəmidəki səyahəti ilə bağlı paylaşım edib
Tanınmış YouTuber Ruhi Çenet hantavirus aşkarlanmış “MV Hondius” adlı kruiz gəmisində 24 gün davam edən səyahət etdiyini açıqlayıb. O, gəmidən ayrıldıqdan sonra yaşadıqlarını sosial şəbəkə hesabında paylaşıb.