9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə xarici casus şəbəkəsi ifşa edildi - MİT-dən genişmiqyaslı əməliyyat

Türkiyə Milli Kəşfiyyat Təşkilatı ölkə əleyhinə fəaliyyət göstərən beynəlxalq casusluq şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib. Ankara mərkəz olmaqla bir neçə bölgədə təşkil edilən eyni vaxtlı əməliyyat nəticəsində çoxsaylı şəxslər saxlanılıb.

16 May 2026 17:41
Türkiyədə xarici casus şəbəkəsi ifşa edildi - MİT-dən genişmiqyaslı əməliyyat

BAKI,VOA Orxan Qədirzadə

Türkiyə Milli Kəşfiyyat Təşkilatı ölkə əleyhinə fəaliyyət göstərən beynəlxalq casusluq şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirib. Ankara mərkəz olmaqla bir neçə bölgədə təşkil edilən eyni vaxtlı əməliyyat nəticəsində çoxsaylı şəxslər saxlanılıb.

VOA xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının həyata keçirdiyi kəşfiyyat tədbirləri nəticəsində iki müxtəlif xarici kəşfiyyat xidmətinə işlədiyi bildirilən agent şəbəkəsinin tərkibində ümumilikdə 9 nəfər müəyyənləşdirilib. Ankara Respublika Baş Prokurorluğu və Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin xüsusi qrupları ilə koordinasiya şəraitində həyata keçirilən əməliyyat çərçivəsində 7 nəfər saxlanılıb.

Məlumata görə, şəbəkə üzvlərindən digər iki nəfərin isə başqa cinayət işləri üzrə artıq həbsdə olduğu müəyyən edilib. Casusluq ittihamı ilə məhkəmə orqanlarına göndərilən 7 nəfər barəsində həbs qərarı çıxarılıb.

Araşdırma zamanı B.E. adlı şəxsin rəhbərlik etdiyi şəbəkənin Türkiyə ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, ictimai birliklər, etnik qruplar və dövlət qurumları ilə bağlı həssas məlumatları topladığı və bunları xarici kəşfiyyat xidmətlərinə ötürdüyü müəyyənləşdirilib.

İstintaq materiallarına əsasən, şəbəkə üzvlərinin fəaliyyətləri uzun müddət fiziki müşahidə, texniki dinləmə və rəqəmsal nəzarət üsulları ilə izlənilib. Bu müddət ərzində xarici xidmətlərlə qurulan əlaqə mexanizmləri, məlumat ötürmə üsulları, maliyyə əməliyyatları və tapşırıq sistemi tam şəkildə qeydə alınıb.

Məlumatda qeyd olunub ki, şəbəkənin rəhbəri və digər üzvləri fəaliyyətlərinin gizli qaldığını hesab etsələr də, uzunmüddətli kəşfiyyat fəaliyyəti nəticəsində təşkilatın bütün struktur sxemi tam şəkildə ifşa edilib.

Əməliyyat nəticəsində yalnız şəbəkə üzvlərinin şəxsiyyətləri deyil, eyni zamanda xarici kəşfiyyat xidmətlərinin Türkiyə daxilində istifadə etdiyi əlaqə üsulları, fəaliyyət modeli və strateji məqsədləri barədə də məlumat əldə edildiyi bildirilib.

Məqalədə: #Milli Kəşfiyyat Təşkilatı #Casusluq əməliyyatı #Xarici kəşfiyyat şəbəkəsi #Ankara əməliyyatı #Xarici agent fəaliyyəti #Kəşfiyyat əməliyyatı #Dövlət təhlükəsizliyi #Milli təhlükəsizlik tədbirləri

Mövzu üzrə digər xəbərlər

Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

10:32
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.