4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Kappadokiya – Anadolu mərkəzində nağılları xatırladan diyar

Anadolu bölgəsinin mərkəzində yerləşən Kappadokiya təbiət, tarix və mədəniyyətin vəhdətindən yaranan unikal mənzərəsi ilə dünyanın ən diqqətçəkən turizm məkanlarından biri kimi tanınır. Bu bölgə Türkiyənin müxtəlif coğrafi zənginlikləri – sakit kəndlər, yaşıl yaylalar, uca dağlar, canlı şəhərlər və cazibədar sahillərlə yanaşı, öz mistik görünüşü ilə xüsusi seçilir.

24 May 2026 11:30
Kappadokiya – Anadolu mərkəzində nağılları xatırladan diyar

BAKI,VOA Orxan Qədirzadə

Anadolu bölgəsinin mərkəzində yerləşən Kappadokiya təbiət, tarix və mədəniyyətin vəhdətindən yaranan unikal mənzərəsi ilə dünyanın ən diqqətçəkən turizm məkanlarından biri kimi tanınır. Bu bölgə Türkiyənin müxtəlif coğrafi zənginlikləri – sakit kəndlər, yaşıl yaylalar, uca dağlar, canlı şəhərlər və cazibədar sahillərlə yanaşı, öz mistik görünüşü ilə xüsusi seçilir.

Kappadokiya Türkiyənin Nevşehir, Kayseri, Aksaray, Niğde və Kırşehir vilayətlərini əhatə edən geniş tarixi-coğrafi ərazidir. O, İstanbuldan təxminən 730 kilometr cənub-şərqdə, Ankara şəhərindən isə təxminən 300 kilometr məsafədə yerləşir. Bölgə Anadolu yaylasının mərkəzində qərar tutaraq sanki mifoloji bir dünyanın parçası kimi təsir bağışlayır.

Minilliklərin formalaşdırdığı unikal təbiət

Kappadokiyanın ən diqqətçəkən xüsusiyyəti onun təbii geoloji formalarıdır. Milyon illər əvvəl bölgədə baş verən vulkanik fəaliyyət nəticəsində ərazi qalın lava və kül təbəqələri ilə örtülüb. Zamanla bu təbəqələr bərkiyərək yumşaq vulkanik süxura çevrilib, daha sonra isə külək və yağışın təsiri ilə eroziyaya uğrayaraq bu gün “pəri bacaları” adlanan nadir qayalı strukturları formalaşdırıb.

Bu təbii formalar təkcə vizual mənzərə yaratmayıb, həm də insan yaşayışı üçün əlverişli məkanlara çevrilib. Tarixin müxtəlif dövrlərində insanlar bu qayaların içində evlər, kilsələr, anbarlar və ibadət yerləri inşa ediblər. Hətta yeraltı komplekslər və çoxmərtəbəli şəhər sistemləri yaradılıb. Bəzi yeraltı yaşayış məntəqələri səkkiz mərtəbəyə qədər dərinliyə enir.

Bu gün bölgədə otuzdan çox yeraltı şəhərin olduğu müəyyən edilib və yeni tədqiqatlarla daha çoxunun aşkar ediləcəyi gözlənilir. Araşdırmalara görə, ilk belə yaşayış formaları frigiya dövründə yaranıb, daha sonra Roma və Bizans dövrlərində genişlənərək minlərlə insanın yaşadığı təhlükəsiz sığınacaqlara çevrilib.

Açıq səma altında tarix muzeyi

Kappadokiya bu gün sanki açıq hava muzeyi kimi qəbul olunur. Burada yerləşən vadilər, qayalıq məskənlər və tarixi yaşayış məntəqələri turistlərə təbiət və tarixin bir-birinə qarışdığı unikal təcrübə təqdim edir.

Görülməsi vacib məkanlar arasında Göreme, Ürgüp, Avanos, Ortahisar, Uçhisar, Derinkuyu və Ihlara vadisi xüsusi yer tutur.

Uçhisar – qayalar üzərində ucalan qala

Nevşehirdən təxminən 10 kilometr uzaqlıqda yerləşən Uçhisar bölgənin ən hündür nöqtələrindən birinə sahibdir. Buradakı nəhəng qayalıq qala bütün ətraf əraziyə panoramik mənzərə açır.

Qala ətrafındakı qədim daş küçələrdən keçərək “Güvercinlik vadisi”nə enmək mümkündür. Bu vadidə səkkizinci və doqquzuncu əsrlərə aid qayalı kilsələr və qayalara oyulmuş quş yuvaları yerləşir. Təxminən 4 kilometrlik piyada marşrutu təbiətsevərlər üçün xüsusi maraq doğurur.

Göreme – dini həyatın mərkəzi

Göreme bölgəsi XIII əsrə qədər xristian rahiblərinin əsas dini mərkəzi kimi fəaliyyət göstərib. Burada yerləşən Göreme Açıq Hava Muzeyi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Muzeydə qayalara oyulmuş kilsələr, monastırlar və rəngli divar rəsmləri bu gün də qorunub saxlanılır. Bu rəsmlər yüz illər keçməsinə baxmayaraq, öz tarixi dəyərini itirməyib.

Avanos – keramika ənənəsinin mərkəzi

Avanos şəhəri Qızılirmaq çayı sahilindən çıxarılan qırmızı gil sayəsində keramika sənəti ilə məşhurdur. Bu ənənə hələ hetlər dövründən başlayaraq bu günə qədər davam edir.

Şəhərdə fəaliyyət göstərən emalatxanalarda turistlər ustaların iş prosesini izləyə, hətta özləri də keramika hazırlama təcrübəsi yaşaya bilirlər.

Yeraltı şəhərlər – insan zəkasının möcüzəsi

Nevşehirdən cənuba doğru gedən yollar Kaimaklı və Derinkuyu kimi məşhur yeraltı şəhərlərə aparır.

Kaimaklı şəhəri çoxsaylı tunellər, yaşayış otaqları, anbarlar və ibadət yerlərindən ibarət geniş bir sistemdir. Derinkuyu isə bölgənin ən böyük yeraltı şəhərlərindən biri hesab olunur və yeddi mərtəbəyə qədər enir. Burada heyvandarlıq üçün sahələr, su quyuları, qida anbarları və kilsələr mövcuddur.

Ihlara vadisi – təbiət və sükunət

Aksaray istiqamətində yerləşən Ihlara vadisi dünyanın ən böyük kanyonlarından biri kimi tanınır. Buradan axan Melendiz çayı vadinin mənzərəsini daha da cəlbedici edir.

Keçmişdə “Peristrema” adı ilə tanınan bu ərazi Bizans rahibləri üçün sığınacaq olub və burada yüzdən çox qayalı kilsə inşa edilib. Bu gün vadidə uzun məsafəli gəzinti marşrutları turistlər tərəfindən geniş istifadə olunur.

Unudulmaz təcrübələr diyarı

Kappadokiya yalnız tarixi və təbiət abidələri ilə deyil, həm də təqdim etdiyi unikal təcrübələrlə seçilir. Qaya otellərində qalmaq, at belində vadiləri gəzmək, dağ velosipedi turları və uzun piyada marşrutları bölgənin əsas turizm fəaliyyətlərindəndir.

Lakin Kappadokiyanın ən məşhur təcrübəsi isti hava şarları ilə səmaya qalxmaqdır. Bu uçuş zamanı qayalı vadilər, “pəri bacaları” və geniş təbiət mənzərəsi sanki sonsuz bir tabloya çevrilir və ziyarətçilərin yaddaşında silinməz iz buraxır.

Məqalədə: #Kayseri #Nevşehir #Kırşehir #Kappadokiya #Anadolu bölgəsi #Aksaray #Niğde #Pəri bacaları #Göreme Açıq Hava Muzeyi #Uçhisar Qalası #Avanos keramika ənənəsi #Tarixi yaşayış məntəqələri

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
Türkiyədə SCADA sistemlərinin satın alınması üzrə tender elan edilib
Tender

Türkiyədə SCADA sistemlərinin satın alınması üzrə tender elan edilib

17 Fevral 15:06
Kırşehirdə Türk Dünyası Akademiyasında ortaq dəyərlər müzakirə edilib
Türkiyə

Kırşehirdə Türk Dünyası Akademiyasında ortaq dəyərlər müzakirə edilib

21 Oktyabr 2025 15:34
Kayseridə yeni Sağlamlıq Mərkəzi inşa ediləcək
Tender

Kayseridə yeni Sağlamlıq Mərkəzi inşa ediləcək

14 Oktyabr 2025 12:00

Son Xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.