5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Tikilən yeni tibbi müəssisə Türkiyəni 1 milyard lirə həcmində idxal xərcindən xilas edəcək - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətinin Mükafatlandırma Mərasimində çıxışı zamanı ölkədə səhiyyə sahəsində həyata keçirilən yeni strateji layihələr barədə məlumat verib. O bildirib ki, İstanbulun Silivri rayonunda inşası davam edən zavodun fəaliyyətə başlaması ilə hazırda xaricdən idxal olunan qan torbaları yerli istehsalla əvəz olunacaq.

11 İyun 2026 16:35
Tikilən yeni tibbi müəssisə Türkiyəni 1 milyard lirə həcmində idxal xərcindən xilas edəcək - Ərdoğan

BAKI,VOA Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətinin Mükafatlandırma Mərasimində çıxışı zamanı ölkədə səhiyyə sahəsində həyata keçirilən yeni strateji layihələr barədə məlumat verib. O bildirib ki, İstanbulun Silivri rayonunda inşası davam edən zavodun fəaliyyətə başlaması ilə hazırda xaricdən idxal olunan qan torbaları yerli istehsalla əvəz olunacaq.

Prezidentin sözlərinə görə, müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra ildə təxminən 3 milyon qan torbası Türkiyədə istehsal ediləcək. Bu isə ölkənin hər il təxminən 1 milyard lirə həcmində idxal xərclərindən xilas olmasına imkan verəcək.

Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə çıxış edən Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətinin 158 illik fəaliyyət tarixindən danışaraq təşkilatın həm ölkə daxilində, həm də beynəlxalq humanitar əməliyyatlarda mühüm rol oynadığını vurğulayıb.

O qeyd edib ki, təşkilat ötən il 3 milyondan çox vahid qan toplanması ilə yeni rekord müəyyənləşdirib və səhiyyə sektorunda yerli istehsal imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirir.

Prezident həmçinin Ankaranın Çubuk rayonunda təməli qoyulan “ProTürk” zavodu haqqında da məlumat verib. Bildirilib ki, 130 min kvadratmetr ərazidə inşa olunan müəssisədə qan plazmasından əldə edilən həyati əhəmiyyətli dərman preparatları istehsal olunacaq. Bu preparatların xərçəng, ağır travmalar, yanıq xəsarətləri, immun sistem xəstəlikləri və hemofiliyanın müalicəsində istifadə ediləcəyi qeyd olunub.

Ərdoğan vurğulayıb ki, layihənin həyata keçirilməsi nəticəsində Türkiyə qan plazmasından kritik dərman preparatları istehsal edən ölkələr sırasına qoşulacaq və bu sahədə xarici asılılıq əhəmiyyətli dərəcədə azalacaq.

Türkiyə Prezidenti çıxışında beynəlxalq humanitar fəaliyyətlərə də toxunaraq, Türk Qızıl Aypara Cəmiyyətinin Qəzzada həyata keçirdiyi yardım missiyalarını yüksək qiymətləndirib. Onun sözlərinə görə, təşkilat indiyədək Qəzzaya 26 min tondan artıq humanitar yardım göndərib, 15 milyon porsiyadan çox isti yemək paylayıb və gündəlik 30 min nəfərə isti qida təmin edib.

Ərdoğan bildirib ki, Türkiyə həm humanitar yardım sahəsində, həm də səhiyyə və strateji istehsal istiqamətlərində milli imkanlarını genişləndirməkdə davam edir. Prezident yeni zavodların ölkənin texnoloji və sənaye potensialını gücləndirəcəyini, səhiyyə sahəsində xaricdən asılılığın azalmasına mühüm töhfə verəcəyini qeyd edib.

Mərasimdə çıxış edən Ərdoğan həmçinin bildirib ki, Türk Qızıl Aypara Cəmiyyəti ötən il 190-dan çox milli cəmiyyətin birləşdiyi beynəlxalq humanitar şəbəkə daxilində ən çox ölkəyə yardım çatdıran təşkilat olub.

Prezident çıxışının sonunda Türk Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarına, könüllülərinə və xeyriyyəçilərə təşəkkürünü ifadə edib, təşkilatın humanitar fəaliyyətlərinin gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.

Məqalədə: #Qəzza #Rəcəb Tayyib Ərdoğan #Türk Qızıl Aypara Cəmiyyəti #Türkiyə Prezidenti #Türk Qızıl Aypara Cəmiyyətinin Mükafatlandırma Mərasimi #Ərdoğan Türk Qızıl Aypara Cəmiyyətinin Mükafatlandırma Mərasimində çıxışı #İstanbulun Silivri rayonu #yeni tibbi müəssisə

Mövzu üzrə digər xəbərlər

İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu
Yaxın Şərq

İsrail Qəzzadakı “Sarı xətt”dən geri çəkilməyəcək - Netanyahu

2 Sentyabr 19:15
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56
HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb
Fələstin

HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

1 Sentyabr 20:44
Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan
Siyasət

Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

1 Sentyabr 14:03

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.