10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İraqla təhlükəsizlik əməkdaşlığı fasiləsiz davam edir - Türkiyə Milli Müdafiə Nazirliyi

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Ankara ilə Bağdad arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın fasiləsiz davam etdiyini açıqlayıb. Nazirlik bildirib ki, sərhəd təhlükəsizliyi və terrorla mübarizə istiqamətində yaradılan birgə mexanizmlər qətiyyətlə fəaliyyət göstərir.

30 İyul 2026 14:13
İraqla təhlükəsizlik əməkdaşlığı fasiləsiz davam edir - Türkiyə Milli Müdafiə Nazirliyi

BAKI,VOA Orxan Qədirzadə

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Ankara ilə Bağdad arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın fasiləsiz davam etdiyini açıqlayıb. Nazirlik bildirib ki, sərhəd təhlükəsizliyi və terrorla mübarizə istiqamətində yaradılan birgə mexanizmlər qətiyyətlə fəaliyyət göstərir.

MSB-nin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri, nazirliyin sözçüsü kontr-admiral Zeki Aktürk Ankaradakı Gazi Fişek Zavodunda keçirilən həftəlik mətbuat brifinqində Türkiyənin terrorla mübarizə əməliyyatları və regional təhlükəsizlik məsələləri ilə bağlı açıqlamalar verib.

Aktürk bildirib ki, son bir həftə ərzində daha 4 PKK terrorçusu təslim olub. O qeyd edib ki, əməliyyat bölgələrində mina, əldəqayırma partlayıcı qurğular, mağara, sığınacaq və digər terror infrastrukturlarının aşkarlanması və məhv edilməsi istiqamətində fəaliyyət davam edir.

Türkiyə-İraq təhlükəsizlik əməkdaşlığı güclənir

MSB-dən verilən açıqlamada Türkiyə ilə İraq arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın regional sabitlik baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Nazirlik bildirib ki, İraq Baş nazirinin Türkiyəyə səfəri, Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə keçirilən görüşlər və imzalanan razılaşmalar iki ölkə arasındakı əlaqələrin inkişafında mühüm mərhələdir.

“Türkiyə ilə İraq arasında son illərdə inkişaf etdirilən əməkdaşlıq terrorla mübarizədə əldə olunan uğurların əsas amillərindən biri olub. İraqla təhlükəsizlik sahəsində əməkdaşlıq fasiləsiz davam edir. Birgə mexanizmlər işlədilir, sərhəd təhlükəsizliyi və terrorla mübarizə istiqamətində koordinasiya qətiyyətlə həyata keçirilir”, - deyə açıqlamada qeyd olunub.

Sərhəddə 468 nəfər saxlanılıb

Türkiyə Müdafiə Nazirliyi sərhəd təhlükəsizliyi tədbirləri barədə də məlumat verib.

Bildirilib ki, son həftə ərzində qeyri-qanuni yollarla sərhədi keçməyə çalışan 468 nəfər saxlanılıb. Onlardan 4-nün terror təşkilatı üzvü olduğu müəyyən edilib. Bundan əlavə, 1 102 nəfərin sərhədi keçməsinin qarşısı alınıb.

Nazirliyin məlumatına görə, 2026-cı ilin əvvəlindən etibarən Türkiyə sərhədlərindən qanunsuz keçməyə cəhd edən 6 953 nəfər saxlanılıb, 43 878 nəfərin isə sərhədi keçməsi əngəllənib.

Müdafiə sənayesi və regional koordinasiya

MSB qeyd edib ki, əvvəlki görüşlərdə Türkiyə və İraq arasında sərhəd təhlükəsizliyi, terrorla mübarizə, müdafiə sənayesi sahəsində koordinasiya və əməkdaşlığın artırılması istiqamətində razılıqlar əldə olunub.

Açıqlamada bildirilib ki, son dövrdə iqtisadiyyat və enerji sahələrində əməkdaşlıq ön plana çıxsa da, təhlükəsizlik sahəsində yaradılmış mexanizmlər effektiv şəkildə fəaliyyətini davam etdirir.

Türkiyə Müdafiə Nazirliyi iki ölkə arasında əməkdaşlığın güclənməsinin regional sabitliklə yanaşı, İraq türkmənlərinin təhlükəsizliyi və rifahı baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.

Məqalədə: #Türkiyə Milli Müdafiə Nazirliyi açıqlaması #Türkiyə İraq təhlükəsizlik əməkdaşlığı #Zeki Aktürk son açıqlama #Türkiyə sərhəd təhlükəsizliyi #PKK ilə mübarizə əməliyyatları #Türkiyə İraq müdafiə əməkdaşlığı #İraqla terrorla mübarizə koordinasiyası #Türkiyənin regional təhlükəsizlik siyasəti #Türkiyə İraq əlaqələri #sərhəddə qanunsuz keçidlərin qarşısının alınması

Mövzu üzrə digər xəbərlər

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyə

Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb

15:12
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32

Son Xəbərlər

İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.