13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İbrahim Kalın Suriyanın xarici işlər naziri ilə görüşüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüş keçirib.

6 Avqust 2026 15:11
İbrahim Kalın Suriyanın xarici işlər naziri ilə görüşüb

BAKI,VOA, Fərid Mikayılov

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankarada Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüş keçirib.

VOA xəbər verir ki, Türkiyə təhlükəsizlik mənbələrinin məlumatına görə, görüşdə Türkiyə–Suriya münasibətlərinin inkişafı, ikitərəfli əməkdaşlıq istiqamətləri, qonşu ölkələrlə əlaqələr, regional sabitlik, Livandakı son vəziyyət və Suriya–Livan münasibətləri müzakirə olunub.

Tərəflər, həmçinin Suriyada müzakirə olunan "Milli Həmrəylik və İctimai Bütövlüyün Gücləndirilməsi haqqında" qanun layihəsinin mümkün təsirlərini nəzərdən keçiriblər.

Görüş zamanı Suriya Demokratik Qüvvələrinin (SDQ) ölkənin dövlət strukturlarına inteqrasiyası prosesinin gedişi və terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Bildirilib ki, SDQ-nin inteqrasiyasının uğurla başa çatdırılması məqsədilə konstruktiv addımlar atılır. Eyni zamanda, Suriya hökumətinin ölkədə sabitliyin təmin edilməsi istiqamətində İŞİD terror təşkilatına qarşı mübarizəni qətiyyətlə davam etdirdiyi vurğulanıb.

Tərəflər ABŞ–İsrail–İran qarşıdurmasının regiona siyasi və iqtisadi təsirlərini, Suriyaya qarşı tətbiq olunan sanksiyaların və xarici investisiyaların mövcud vəziyyətini də müzakirə ediblər.

Görüşdə Suriyanın son dövrdə regionda baş verən münaqişələrdən kənarda qalmağa çalışdığı qeyd olunaraq, ölkənin yaxın keçmişdə müharibənin ağır nəticələrini yaşadığı və bu səbəbdən qonşu dövlətlərlə münasibətlərdə sülh və sabitliyi prioritet hesab etdiyi bildirilib.

Məqalədə: #Türkiyə #Ankara #Suriya #İbrahim Kalın #Dəməşq #Əsəd Həsən Şeybani

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
12 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.