6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədən nüvə enerjisində yeni addım - 2050-ci ilə qədər 5 min MVt-lıq SMR gücü planlaşdırılır

Türkiyə enerji sahəsində xaricdən asılılığın azaldılması və nüvə texnologiyalarının inkişaf etdirilməsi məqsədilə kiçik modul reaktorlar (SMR) üzrə genişmiqyaslı proqram hazırlayır. Ankara 2050-ci ilə qədər 5 min meqavatlıq SMR gücünə çatmağı hədəfləyir. Bu göstəricinin Türkiyənin Akkuyu Nüvə Elektrik Stansiyasının ümumi gücündən daha yüksək olması planlaşdırılır.

11 Avqust 2026 15:48
Türkiyədən nüvə enerjisində yeni addım - 2050-ci ilə qədər 5 min MVt-lıq SMR gücü planlaşdırılır

BAKI,VOA Orxan Qədirzadə

Türkiyə enerji sahəsində xaricdən asılılığın azaldılması və nüvə texnologiyalarının inkişaf etdirilməsi məqsədilə kiçik modul reaktorlar (SMR) üzrə genişmiqyaslı proqram hazırlayır. Ankara 2050-ci ilə qədər 5 min meqavatlıq SMR gücünə çatmağı hədəfləyir.

Bu göstəricinin Türkiyənin Akkuyu Nüvə Elektrik Stansiyasının ümumi gücündən daha yüksək olması planlaşdırılır.

Kiçik modul reaktorların əsas üstünlüklərindən biri onların daha kiçik ölçülü olması və müəyyən obyektlərə və ərazilərə uyğun şəkildə quraşdırıla bilməsidir. Mənbədə qeyd olunur ki, bəzi mikroreaktorların yük maşını ilə daşınması mümkündür.

SMR-lər sənaye və fövqəladə hallar üçün nəzərdə tutulur

Ənənəvi böyük nüvə elektrik stansiyalarından fərqli olaraq SMR-lər daha kiçik güc diapazonunda istehsal olunur və müəyyən sənaye müəssisələrinin və ya regionların elektrik tələbatını birbaşa qarşılamaq üçün nəzərdə tutulur.

SMR-lərin sənaye zonalarında, hərbi obyektlərdə və təbii fəlakətlərdən zərər çəkmiş ərazilərdə enerji təminatı məqsədilə istifadəsi planlaşdırılır.

Mənbəyə görə, mikro modul reaktorların gücü 10 meqavatdan aşağı, SMR-lərin gücü isə təxminən 10-300 meqavat arasında dəyişə bilər.

Kiçik ölçülü mikroreaktorların müxtəlif ərazilərə daşınaraq quraşdırılması regional enerji ehtiyacının yerində qarşılanmasına imkan verə bilər.

Mənbədəki hesablamalara əsasən, reaktorun gücündən asılı olaraq ayrı-ayrı qurğular gündə 5 minlə 150 min yaşayış məntəqəsinin elektrik tələbatını qarşılaya bilər.

Türkiyə yeni sənaye ekosistemi yaratmaq istəyir

Ankaranın SMR planı yalnız elektrik enerjisi istehsalı ilə məhdudlaşmır. Türkiyə bu texnologiyanın ölkə daxilində istehsalının müəyyən hissəsini həyata keçirməklə yeni sənaye ekosistemi formalaşdırmağı hədəfləyir.

Yerliləşdirmə səviyyəsinin artırılması, yeni iş yerlərinin yaradılması və gələcəkdə nüvə texnologiyalarının ixracına imkan verilməsi əsas məqsədlər sırasında göstərilir.

Türkiyə hazırda Akkuyu ilə yanaşı Sinop və Trakya bölgələrində də böyük nüvə elektrik stansiyaları üzrə planlar həyata keçirir. Bu layihələrdə hər birində dörd reaktorun yerləşdirilməsi nəzərdə tutulur.

ABŞ, Kanada və Cənubi Koreya SMR yarışında

Kiçik modul reaktor texnologiyası dünyada da sürətlə inkişaf edir.

ABŞ 2030-cu ilə qədər 10-dan çox SMR-ni istifadəyə verməyi planlaşdırır. Kanadada 2035-ci ilə qədər 300 meqavat gücündə ilk SMR layihəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Cənubi Koreya isə “SMART” adlı yerli SMR layihəsini inkişaf etdirir və bu texnologiyanı xarici bazarlara çıxarmağı hədəfləyir. Fransada da SMR istiqamətində elmi-tədqiqat və təkmilləşdirmə işləri davam etdirilir.

Türkiyənin bu sahəyə erkən mərhələdə daxil olmaq üçün hüquqi və iqtisadi mexanizmlər yaratması Ankara tərəfindən beynəlxalq nüvə texnologiyaları rəqabətində mövqelərin gücləndirilməsi baxımından strateji addım kimi qiymətləndirilir.

Nüvə layihələrinə vergi və ƏDV güzəştləri

Türkiyədə nüvə enerji layihələrinə investisiyaları təşviq etmək məqsədilə yeni vergi mexanizmləri də tətbiq edilib.

Rəsmi Qəzetdə dərc olunan qanuna əsasən, nüvə elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün ilkin icazə və ya lisenziya əldə etmiş hüquqi şəxslərin iştirak etdiyi nüvə enerji layihələri ilə bağlı sənədlər damğa vergisindən azad edilir.

Bundan başqa, 2045-ci il dekabrın 31-dək investisiya təşviqi sənədləri çərçivəsində həyata keçirilən nüvə elektrik stansiyası layihələrinin tikinti işləri üzrə ödənilmiş və çıxılmaqla kompensasiya edilə bilməyən ƏDV-nin geri qaytarılmasına imkan yaradılıb.

Layihələr çərçivəsində əlaqəli şirkətlərdən alınan borcların gizli kapital qaydaları üzrə hesablanmasında tətbiq edilən nisbətin də 50 faizdən 25 faizə endirilməsi nəzərdə tutulur.

Bayraktar: “Kiçik modul reaktorlarda böyük fürsət var”

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar daha əvvəl SMR texnologiyası ilə bağlı açıqlamasında bu sahənin yeni nüvə dövrünün əsas istiqamətlərindən biri olduğunu bildirib.

Bayraktarın sözlərinə görə, Türkiyə sənayesinin gücü və dinamizmi ölkənin kiçik modul reaktorları inkişaf etdirən və istehsal edən ölkələr sırasına daxil olmasına imkan verə bilər.

Ankaranın planlarının reallaşması Türkiyənin enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, nüvə texnologiyalarının lokallaşdırılması və ölkənin qlobal SMR bazarında mövqe qazanması baxımından da əhəmiyyətli ola bilər.

Məqalədə: #Akkuyu Nüvə Elektrik Stansiyası #SMR texnologiyası #Türkiyədə SMR #kiçik modul reaktor #Türkiyə nüvə enerjisi #Türkiyənin nüvə enerji planları #2050-ci ilə qədər 5 min MVt SMR #Türkiyədə kiçik modul nüvə reaktorları #Türkiyə nüvə enerjisi layihələri #Sinop nüvə elektrik stansiyası #Trakya nüvə elektrik stansiyası

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

4 Sentyabr 09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.