5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkmənistan
Türkmənistan

Pakistan Türkmənistanla birbaşa hava əlaqələrinin bərpasını təklif edir

Səfirin sözlərinə görə, Aşqabad ilə Pakistan arasında iki saatlıq uçuşun bərpası 240 milyondan çox əhalisi olan ölkənin vətəndaşlarına təkcə Türkmənistana asanlıqla səfər etmək imkanı yaratmayacaq. Bu həm də “Türkmenhowaýollary” şirkətinin Avropa, Rusiya, Çin, Uzaq Şərq və Asiya-Sakit okean regionuna uzanan beynəlxalq şəbəkəsindən istifadəni təmin edəcək.

23 Sentyabr 2025 16:30
Pakistan Türkmənistanla birbaşa hava əlaqələrinin bərpasını təklif edir

BAKI, AzerVoice, Fərid Mikayılov

Pakistan, Türkmənistanla birbaşa hava reyslərinin bərpası təşəbbüsü ilə çıxış edib.

AzerVoice xəbər verir ki, təklif Türkmənistanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri doktor Faryal Legharinin “Neýtralnyý Türkmenistan” qəzetində dərc olunan məqaləsində öz əksini tapıb.

Səfirin sözlərinə görə, Aşqabad ilə Pakistan arasında iki saatlıq uçuşun bərpası 240 milyondan çox əhalisi olan ölkənin vətəndaşlarına təkcə Türkmənistana asanlıqla səfər etmək imkanı yaratmayacaq. Bu həm də “Türkmenhowaýollary” şirkətinin Avropa, Rusiya, Çin, Uzaq Şərq və Asiya-Sakit okean regionuna uzanan beynəlxalq şəbəkəsindən istifadəni təmin edəcək.

Birbaşa hava əlaqələrinin bərpasının ticarətin, tibbi turizmin, təhsil və mədəniyyət mübadilələrinin inkişafına təkan verəcəyi vurğulanıb. Həmçinin manqo, sitrus meyvələri, tərəvəz, ət və düyü kimi kənd təsərrüfatı məhsullarının sürətli daşınmasına şərait yaradacağı bildirilib.

Pakistanın “Mərkəzi Asiya baxışı” siyasəti çərçivəsində Türkmənistanı ölkənin daxili bazarları ilə birləşdirəcək və Kəraçi ilə Qvadar limanları vasitəsilə beynəlxalq bazarlara çıxışı təmin edəcək yeni ticarət və nəqliyyat dəhlizlərinin yaradılması təklif olunur.

Məqalədə həmçinin vurğulanıb ki, Pakistan artıq türkmən iş adamlarına 24 saat ərzində iş vizası almaq imkanı yaradıb. Əməkdaşlığın əsas istiqamətlərindən biri kimi tekstil sənayesi göstərilir. Bu çərçivədə Türkmənistandan pambıq, iplik və ipək məhsullarının Pakistana ixracı, Pakistandan isə hazır tekstil və geyim məhsullarının Türkmənistan bazarına çıxarılması planlaşdırılır.

Məqalədə: #Pakistan #Aşqabad #Türkmənistan #İslamabad #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlər #İkitərəfli münasibətlərin inkişafı #ikitərəfli əməkdaşlıq #iqtisadi və ticari əlaqələr

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

13:03
Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

3 Sentyabr 11:39
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.