10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Körfəz Əməkdaşlıq Şurası BƏƏ
BƏƏ

BƏƏ ilə Polşa arasında yeni hava körpüsü - 14 dekabrdan Qdansk uçuşları başlayır

"Air Arabia" Şarca Beynəlxalq Hava Limanı ilə Polşanın Qdansk Lex Valensa Hava Limanını birləşdirən yeni birbaşa uçuş xəttinin açıldığını elan edib. 14 dekabr 2026-cı il tarixindən etibarən həftədə beş dəfə birbaşa reyslərlə həyata keçiriləcək yeni uçuşlar aviaşirkətin Polşa bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Qdansk aviaşirkətin Şarcadan Varşava Şopen və Krakov şəhərlərinə mövcud uçuşlarına, habelə dekabr ayında başlayacaq Katovitse reyslərinə qoşulur.

25 Avqust 2026 16:15
BƏƏ ilə Polşa arasında yeni hava körpüsü - 14 dekabrdan Qdansk uçuşları başlayır

"Air Arabia" Şarja Beynəlxalq Hava Limanı ilə Polşanın Qdansk Lex Valensa Hava Limanını birləşdirən yeni birbaşa uçuş xəttinin açıldığını elan edib. 14 dekabr 2026-cı il tarixindən etibarən həftədə beş dəfə birbaşa reyslərlə həyata keçiriləcək yeni uçuşlar aviaşirkətin Polşa bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Qdansk aviaşirkətin Şarcadan Varşava Şopen və Krakov şəhərlərinə mövcud uçuşlarına, habelə dekabr ayında başlayacaq Katovitse reyslərinə qoşulur.

Qdanskın şəbəkəyə daxil edilməsi ilə "Air Arabia" Şarjanı Polşanın dörd şəhəri ilə birləşdirəcək, sərnişinlərə ölkənin əsas istiqamətlərinə birbaşa və rahat səyahət imkanları təqdim edəcək, eyni zamanda BƏƏ ilə Polşa arasında artan turizm, biznes və iqtisadi əlaqələri dəstəkləyəcək.

"Avropadakı mövcudluğumuzu genişləndirməyə davam etdiyimiz bir vaxtda Qdanskı Polşadakı böyüyən şəbəkəmizə əlavə etməkdən məmnunuq. Yeni xidmət Şarcanı mühüm beynəlxalq istiqamətlərlə birləşdirmək, eyni zamanda müştərilərimizə etibarlı və sərfəli səyahət seçimləri təqdim etmək öhdəliyimizi əks etdirir. Həftədə beş birbaşa uçuş həm istirahət, həm də işgüzar səfərləri dəstəkləyəcək, BƏƏ ilə Polşa arasında genişlənən əlaqələrə töhfə verəcək".-deyə , Aviaşirkətin Qrup üzrə Baş İcraçı Direktoru Adil əl-Əli bildirib.

Qdansk Hava Limanının İdarə Heyətinin sədri Tomaş Kloskovski bildirib ki, marşrutun regional iqtisadiyyata mühüm təkan verəcəyini gözləyirik.

“Birbaşa əlaqə biznes əməkdaşlığını və ticarət əlaqələrini asanlaşdıracaq, eyni zamanda Yaxın Şərqdən Pomeraniya regionuna investorların cəlb edilməsinə kömək edəcək. Bu xətt hər iki istiqamətdə - Qdanskdan Ərəbistan yarımadasına və Körfəz regionundan Pomeraniyaya daha çox turistin gəlməsi ilə turizmi dəstəkləyəcək. Əvvəlki təcrübələr göstərir ki, Körfəz ölkələrindən gələn turistlər yerli turizm sənayesi üçün böyük dəyər formalaşdırır. Sərin yayı və Baltik dənizinə çıxışı ilə Trojmiasto və Pomeraniya bu səyahətçilər üçün getdikcə daha cəlbedici tətil məkanına çevrilir".-deyə o qeyd edib.

Məqalədə: #BƏƏ #Air Astana #Air Arabia #BƏƏ şirkətləri #BƏƏ və Fələstin məsələsi #Rusiya ilə Polşa #Birləşmiş Ərəb Əmirliklərinin Şarja əmirliyi #Şarja Mülki Müdafiə İdarəsi #BƏƏ ilə Polşa #Qdansk Hava Limanı #BƏƏ Polşa aviareysləri biletlər #Air Arabia Polşa #Air Arabia Sharjah Gdansk direct flights #Sharjah to Poland non stop flights 2026 #Connecting Sharjah to Gdansk: Air Arabia launches five weekly direct flights

Mövzu üzrə digər xəbərlər

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair

Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi

15:24
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ

BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi

14:53
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00

Son Xəbərlər

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
20:10
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
Liviya və İtaliya hərbi əməkdaşlığı genişləndirir
19:50
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
Səudiyyə Ərəbistanı Netanyahunun Suriyaya girişini pisləyib
19:45
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
Müsəlman merin 11 sentyabr mərasimində iştirakı qalmaqala çevrilib
19:41
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
Tramp administrasiyası H-1B vizası sahibləri üçün 60 günlük möhləti ləğv etmək istəyir
19:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.