6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İsrail müharibəni dayandırmasa, sentyabrda Fələstin dövlətini tanıyacağıq- Britaniya

Böyük Britaniya sentyabr ayında BMT Baş Assambleyası ərəfəsində həm HƏMAS-ın, həm də İsrailin öz öhdəliklərinə nə dərəcədə əməl etdiyini qiymətləndirəcəyini bildirib.

30 İyul 2025 15:13
İsrail müharibəni dayandırmasa, sentyabrda Fələstin dövlətini tanıyacağıq- Britaniya

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi – Böyük Britaniya sentyabr ayında BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmi şəkildə tanımağa hazırlaşır. Baş nazir Keir Starmerin ofisi tərəfindən verilən açıqlamada bildirilir ki, əgər İsrail Qəzza zolağındakı vəziyyəti sonlandırmaq üçün ciddi addımlar atmasa, London Fələstinin dövlət kimi tanınması prosesinə başlayacaq.

Açıqlamada vurğulanır: “İki dövlətli həll yolunu qorumağa qərarlıyıq. Əgər İsrail mövcud dəhşətli vəziyyətin dayandırılması üçün ciddi addımlar atmazsa və davamlı sülhə sadiq qalmazsa, sentyabr ayında BMT Baş Assambleyasında Fələstini tanıyacağıq.”

Britaniya hökuməti İsraildən dərhal atəşkəsə razılaşmasını, BMT-nin Qəzzada humanitar yardımını bərpa etməsini və İordan çayının qərb sahilində yeni ərazilərin ilhaqından imtina etməsini tələb edir.

Bəyanatda bildirilib ki, Fələstin dövləti fələstinlilərinn hüququdur.Britaniya həmçinin əsas müttəfiqləri ilə birlikdə uzunmüddətli siyasi danışıqlar planı hazırlayır və bu plan sülh, təhlükəsizlik və yardımın çatdırılmasını təmin etməyi hədəfləyir.

Starmer HƏMAS-ın Qəzza idarəçiliyindən kənarda qalmalı olduğunu, silahlarını təhvil verməli və girovları azad etməli olduğunu da vurğulayıb.

Böyük Britaniya sentyabr ayında BMT Baş Assambleyası ərəfəsində həm HƏMAS-ın, həm də İsrailin öz öhdəliklərinə nə dərəcədə əməl etdiyini qiymətləndirəcəyini bildirib.

Britaniya Xarici İşlər naziri: Fələstin tanınması üçün tarix verildi

Xarici işlər naziri Devid Lami bəyan edib ki, əgər İsrail Qəzzadakı hərbi kampaniyasını dayandırmazsa və sülhə sadiq qalmazsa, Britaniya sentyabrda Fələstin dövlətini tanıyacaq. Bu açıqlama Səudiyyə Ərəbistanının himayəsi altında keçirilən və Fransanın da iştirak etdiyi “İki Dövlətli Həll” konfransı çərçivəsində səsləndirilib.

Fransadan dəstək: “Sülh ümidini bərpa edək”

Fransa xarici işlər naziri Jan-Noel Barro Britaniyanın bu qərarını alqışlayaraq, “sonsuz zorakılıq dövrünü dayandırmaq və regionda sülh perspektivini bərpa etmək üçün birlikdə çalışmalıyıq” deyə bildirib. O, “X” platformasında yaydığı paylaşımda Fransa tərəfindən başlanan siyasi təşəbbüsə Britaniyanın da qoşulduğunu qeyd edib.

İsrailin reaksiyası: “HƏMAS-a mükafatdır”

İsrail Xarici İşlər Nazirliyi isə bu qərarı sərt tənqid edərək, Britaniyanın Fələstini tanımaq planlarını “HƏMAS-a verilmiş mükafat” kimi qiymətləndirib. Baş nazir Benyamin Netanyahu da bildirib ki, “Starmer HƏMAS-ın vəhşi terrorunu mükafatlandırır və qurbanlarını cəzalandırır.”

Netanyahu qeyd edib ki, “İsrail sərhəddində yaradılacaq bir cihadçı dövlət sabah Britaniyaya təhlükə yaradacaq. Terrorçulara güzəşt heç vaxt nəticə verməyib və bu dəfə də verməyəcək.”

Fələstin xəbər agentliklərinin məlumatına görə, Britaniya Baş naziri bu qərarı Prezident Mahmud Abbasa çatdırıb. Abbas öz növbəsində digər ölkələri də Fələstini tanımağa çağıraraq, bunun “işğalın sona çatdırılması üçün beynəlxalq iradənin olduğunu göstərəcəyini” söyləyib.

Fələstin rəsmisi Hüseyn Əş-Şeyx qərarı beynəlxalq hüquqa və Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququna sadiqliyin təzahürü kimi qiymətləndirib.

Artan dəstək: Fələstini tanıyan ölkələrin sayı 147-yə çatdı

2025-ci ilin əvvəlinə olan məlumata görə, dünya üzrə 147 ölkə – o cümlədən Rusiya, Çin, Hindistan, İspaniya, Norveç və İrlandiya – artıq Fələstini dövlət kimi tanıyıb. BMT-yə üzv 193 dövlətdən 75%-i Fələstini tanımış hesab olunur.

2024-cü ildə BMT ekspertləri bütün üzv dövlətləri Fələstini tanımağa çağırmışdı. Son bir ildə 9 ölkə – o cümlədən Ermənistan, Sloveniya və Karib hövzəsinin bir neçə dövləti – bu çağırışa qoşularaq rəsmi tanıma qərarı verib.

Məqalədə: #Fələstin #İsrail ordusu #fələstin bayrağı #İsrail cinayətləri #Qəzza blokadası #Donald Tramp və Qəzza planı #Fələstin Muxtariyyəti böhranı #Fələstin seçkiləri və Abbasın gələcəyi #Qəzzada infrastruktur yeniləmələri #Fələstin humanitar yardımı #Qəzzanın yenidənqurma xərcləri #ABŞ-ın Fələstin siyasətində dəyişiklik #Fələstin beynəlxalq ictimaiyyətə çağırış #Türkiyə Fələstin dəstəyi #Fələstin torpaqları və Qəzza gələcəyi #Fələstin-İsrail iki dövlətli həll #Fələstin dövlətinin tanınması #Tam müstəqil Fələstin dövlətinin qurulmasını dəstəkləyirik deyərək

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.