12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Venesuela zəlzələləri - Dağıntıların geoloji və siyasi səbəbləri nələrdir?

Venesuelada iyunun 25-də baş verən iki güclü zəlzələ ölkənin paytaxtı Karakasda böyük dağıntılara səbəb olub. Xilasetmə qrupları dağıntılar altında qalan insanların axtarışını davam etdirərkən, rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 235 nəfər həyatını itirib, 4 min 300 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

27 İyun 2026 06:00
Venesuela zəlzələləri - Dağıntıların geoloji və siyasi səbəbləri nələrdir?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Venesuelada iyunun 25-də baş verən iki güclü zəlzələ ölkənin paytaxtı Karakasda böyük dağıntılara səbəb olub. Xilasetmə qrupları dağıntılar altında qalan insanların axtarışını davam etdirərkən, rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 235 nəfər həyatını itirib, 4 min 300 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, ilk zəlzələnin maqnitudası 7,2 olub və episentri Karakasdan təxminən 160 kilometr qərbdə yerləşib. Bundan bir dəqiqədən az müddət sonra isə maqnitudası 7,5 olan ikinci zəlzələ baş verib. Bu, ölkədə 1900-cü ildən bəri qeydə alınan ən güclü zəlzələlərdən biri hesab olunur.

Venesuela Milli Assambleyasının rəhbəri Xorxe Rodriges bildirib ki, zəlzələlər nəticəsində ölkə üzrə azı 250 bina tamamilə dağılıb və ya ciddi zərər görüb. Onun sözlərinə görə, yüzlərlə insan dağıntılar altında qalıb.

Paytaxt Karakas və ətraf sahilyanı bölgələrdə ən azı səkkiz xəstəxana, Venesuela Qırmızı Xaç Cəmiyyətinin qərargahı və Fransa səfirliyinin binası ciddi zədələnib.

İlkin qiymətləndirmələrə görə, zəlzələnin ölkə iqtisadiyyatına vurduğu zərərin həcmi Venesuelanın 111 milyard ABŞ dolları həcmində qiymətləndirilən ümumi daxili məhsulunun 1–7 faizi arasında dəyişə bilər. Bununla belə, Karakas üzrə ayrıca iqtisadi itkilər hələ açıqlanmayıb.

Hakimiyyət nümayəndələri bildiriblər ki, ən ağır dağıntılar məhz paytaxtda qeydə alınıb. Şəhərdə elektrik enerjisinin verilişində də ciddi fasilələr yaranıb.

Venesuela Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanalarda indiyədək 235 nəfərin öldüyü təsdiqlənib. Yaralananların sayı isə 4 min 300 nəfərə çatıb. Bundan əlavə, yüzlərlə insanın hələ də dağıntılar altında qaldığı və ya itkin düşdüyü ehtimal edilir.

Mütəxəssislər bildirirlər ki, Karakas tarix boyu güclü zəlzələlərdən ciddi zərər görən şəhərlərdən biri olub.

1812-ci ildə baş vermiş güclü zəlzələ Merida və Karakas şəhərlərini demək olar ki, tamamilə dağıtmış, təxminən 30 min nəfərin ölümünə səbəb olmuşdu. Həmin zəlzələ nəticəsində şəhərin müstəmləkə dövrünə aid memarlıq abidələrinin əksəriyyəti, yaşayış evləri, kilsələr və dövlət binaları məhv edilmişdi.

1967-ci ildə baş vermiş növbəti güclü zəlzələ isə çoxmərtəbəli binaların dağılmasına səbəb olmuş, nəticədə 240 nəfər həyatını itirmişdi.

Alimlər Karakasın tez-tez güclü zəlzələlərlə üzləşməsini onun coğrafi mövqeyi ilə izah edirlər. Venesuela Karib və Cənubi Amerika tektonik plitələrinin sərhədində yerləşir ki, bu da bölgədə yüksək seysmik aktivlik yaradır.

Bundan əlavə, Karakas qalın çöküntü laylarından ibarət hövzədə yerləşdiyi üçün zəlzələ dalğaları burada daha da güclənir və dağıdıcı təsir artır.

Mütəxəssislərin fikrincə, şəhərin zəlzələlər qarşısında həssas olmasının digər əsas səbəbi tikililərin və infrastrukturun güclü yeraltı təkanlara davam gətirəcək şəkildə layihələndirilməməsidir. Bir çox binalar geoloji baxımdan dayanıqsız ərazilərdə inşa olunub.

Ən ağır dağıntılar Karakasın Altamira rayonunda qeydə alınıb. Burada xilasedicilər 22 mərtəbəli yaşayış binasının dağıntıları altından sağ qalan insanları çıxarmağa çalışarkən, yaxınları itkin düşən ailə üzvlərini axtarmağa davam edirlər.

Mütəxəssislər bildirirlər ki, Altamira rayonunda dağılan binaların əksəriyyəti yumşaq çöküntü qatları üzərində tikildiyindən seysmik dalğaların təsirinə daha həssas olub.

Ölkənin müxtəlif bölgələrində yerləşən qeyri-rəsmi yaşayış massivləri də zəlzələdən ciddi zərər görüb. Belə yaşayış məntəqələrindəki tikililər güclü yeraltı təkanlara tab gətirəcək standartlara uyğun inşa edilmədiyindən risk daha yüksək qiymətləndirilir.

Şəhərsalma üzrə mütəxəssislər bildirirlər ki, zəlzələyə davamlı infrastrukturun yaradılması böyük maliyyə vəsaiti tələb edir. Uzun illər ABŞ və digər Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar Venesuelanın bu istiqamətdə kifayət qədər investisiya yatırmasına mane olub.

Bəzi sanksiyaların yumşaldılmasına baxmayaraq, ölkə uzun illər davam edən maliyyə çatışmazlığının və infrastrukturun köhnəlməsinin nəticələri ilə mübarizə aparır.

Dağıntıların miqyasını artıran digər amillərdən biri də zəlzələlərin cəmi 7,8 kilometr dərinlikdə baş verməsi olub. Geoloqlar bildirirlər ki, dayaz ocaqlı zəlzələlər enerjini Yer səthinə daha yaxın məsafədə buraxdığı üçün daha güclü dağıntılara səbəb olur. Dərin zəlzələlərdə isə enerjinin bir hissəsi süxur qatlarında zəifləyir.

Mütəxəssislər xüsusilə qeyri-rəsmi yaşayış məntəqələrində yaşayan əhalinin daha böyük risk altında olduğunu bildirirlər. Karakasda bu məhəllələr "barrios" adlanır və əsasən dağ yamaclarında yerləşir.

Bu yaşayış massivlərindəki evlər əksər hallarda sakinlərin özləri tərəfindən dəmir-beton karkassız, möhkəmləndirilməmiş beton blok və ya kərpicdən tikilib. Tikililərin çoxunda möhkəm təməl və polad konstruksiyalar mövcud deyil.

Şəhərsalmanın zəif aparılması və dik yamaclarda geniş tikinti işlərinin həyata keçirilməsi həmin əraziləri təbii fəlakətlər qarşısında daha həssas vəziyyətə salır.

Rəsmi statistika olmasa da, elmi araşdırmalara görə, Karakasın təxminən beş milyon əhalisinin 40–50 faizi qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır.

Milli Yaşayış Şəraiti Araşdırmasının nəticələrinə əsasən, hazırda Venesuela əhalisinin təxminən 55 faizi yoxsulluq şəraitində yaşayır.

Mütəxəssislər qeyd edirlər ki, son onilliklərdə zəlzələ riski yüksək olan bir sıra ölkələr, xüsusilə Yaponiya, seysmik mühəndislik sahəsinə böyük investisiyalar yatıraraq tikinti standartlarını ciddi şəkildə təkmilləşdiriblər.

Yaponiyada qüvvədə olan sərt tikinti normaları sayəsində güclü zəlzələlər zamanı çoxlu sayda bina dağılmadan qalır. Burada tikililərin təməli altında xüsusi polad və rezin amortizasiya sistemləri quraşdırılır ki, bu da yeraltı təkanların təsirini əhəmiyyətli dərəcədə azaldır.

Mütəxəssislərin fikrincə, məhz bu cür mühəndislik həlləri və davamlı dövlət investisiyaları nəticəsində son onilliklərdə dünyada zəlzələlər zamanı insan tələfatı və dağıntıların miqyası əhəmiyyətli dərəcədə azalmağa başlayıb.

Məqalədə: #ABŞ Geoloji Xidməti #Xorxe Rodriges #Venesuelada iyunun 25-də baş verən iki güclü zəlzələ #Karakasda böyük dağıntılar #Venesuela zəlzələləri - Dağıntıların geoloji və siyasi səbəbləri nələrdir? #Venesuela Milli Assambleyası

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

11:23

Son Xəbərlər

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
18:31
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
18:28
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
18:27
İsrail Livanın cənubuna yeni zərbələr endirib
İsrail Livanın cənubuna yeni zərbələr endirib
18:22
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
18:16
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.