14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?

Uzun illər davam edən hərbi qarşıdurmalardan və kövrək sabitlik dövrlərindən sonra Livan ilə İsrail arasında Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişinin imzalanması regionda yeni bir siyasi mərhələnin əsasını qoyub.

30 İyul 2026 13:36
Beyrutda İran erasının sonu – Vaşinqton Hizbullahı bitirir?

Uzun illər davam edən hərbi qarşıdurmalardan və kövrək sabitlik dövrlərindən sonra Livan ilə İsrail arasında Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişinin imzalanması regionda yeni bir siyasi mərhələnin əsasını qoyub.
Bu saziş İsrailin gələcəyindən daha çox Livanın siyasi taleyini müəyyən edəcək bir xarakter daşıyır. Vaxtilə Əsəd rejimi, daha sonra isə “Hizbullah” qruplaşması Livan dövlətinin suveren qərarlarını girov götürərək öz şəxsi maraqları naminə ölkəyə böyük ziyan vurduqları üçün bu birbaşa danışıqlar prosesi illərlə təxirə salınmışdı. İmzalanan sənəd tam bir sülh müqaviləsi olmasa da, iki ölkə arasındakı rəsmi müharibə vəziyyətinə son qoymaq və yeni təhlükəsizlik razılaşmasına nail olmaq üçün mühüm bir addımdır. Hazırkı geosiyasi şərtlər 1949-cu ilin atəşkəs şərtlərindən tamamilə fərqlənir; bu gün danışıqlar masasında əsas mövzu işğal deyil, məhz “Hizbullah”ın silahlı varlığıdır. Belə ki, İsrailin Baş naziri Benyamin Netanyahu ordunun Livandan tam çıxmasının yeganə şərtinin “Hizbullah”ın tərksilah edilməsi olduğunu qəti şəkildə bəyan edib.

Hazırda Livan dövləti daxili, regional və beynəlxalq müstəvidə çox ağır böhran keçirir, ölkədə minimum sabitliyi təmin etmək üçün mərkəzi hakimiyyətin nüfuzunu bərpa etməyə çalışır. Rəsmi Beyrutun İsraildən işğal olunmuş torpaqları tərk etməyi tələb etməsi kifayət deyil; hökumət həm İsrailə, həm də dünya birliyinə öz ərazisində tam nəzarəti təmin edəcəyinə və “Hizbullah”ın tərksilah edilməsi üçün konkret zaman qrafiki hazırlayacağına dair zəmanət verməlidir.

Lakin dövlətin və xalqın maraqları ilə “Hizbullah“ın hədəfləri kəskin şəkildə toqquşduğu üçün bu missiya olduqca çətindir. Məsələn, bir neçə gün əvvəl qruplaşma İsrail ordusunun geri çəkilməsi müqabilində Livan ordusunun “Əli ət-Tahir” bölgəsində yerləşməsi şərtini rədd edib və rəsmi Beyrut bu imtinanı beynəlxalq tərəflərə ötürməyə məcbur qaldığı üçün ərazi dərhal İsrailin nəzarətində qalıb.

“Hizbullah” öz manevr imkanlarının daraldığını, Livanın gələcəyinin birbaşa onun silahlarının təhvil verilməsinə bağlandığını yaxşı dərk edir. Çərçivə sazişinin imzalanmasından dərhal sonra qruplaşmanın hökumət binaları qarşısında və Beyrutun müxtəlif yerlərində nümayişlər, hədə-qorxu cəhdləri təşkil etməsi, əslində onun xalq arasındakı nüfuzunun necə zəiflədiyini və daxili kövrəkliyini ortaya qoyub. Bəzi analitiklər hesab edirlər ki, bu etirazlar yalnız yerli tərəfdarların qəzəbini yatırmaq məqsədi daşıyır və qruplaşma pərdəarxası razılaşma şərtlərini artıq qəbul edib. İstənilən halda, bu hadisə Livan dövləti ilə qanunsuz milislərin eyni dam altında yaşamaq dövrünün bitdiyini və qruplaşmanın Livan üzərindəki mütləq nəzarətinin sonunu göstərir. Gələcəkdə “Hizbullah“ın silahsız rəsmi siyasi partiyaya çevrilməsi sualı ortaya çıxacaq ki, bu da Livan siyasətində Taif sazişinin bəzi bəndlərinin silah müqabilində kompromisə gedilməsi müzakirələrini başladacaq.

Bəzi Livan dairələrində beynəlxalq birliyin və İsrailin yalnız uzaqmənzilli raketlərin təhvil verilməsi ilə kifayətlənəcəyi, qruplaşmanın əlində Livan xalqını və dövlətini girov saxlaya biləcək digər silahların qalacağına dair ciddi narahatlıqlar var. Bu səbəbdən, suverenliyin bərpası və qərarların müstəqil qəbul edilməsi mübarizəsi hər şeydən əvvəl Livan xalqının öz daxili mübarizəsidir. Böyük dövlətlərin razılaşmalarının qurbanı olmamaq üçün Livan ictimaiyyəti passiv müşahidəçi mövqeyindən aktiv fəaliyyətə keçməlidir. Bu çərçivə sazişinin uğuru tərəflərin öhdəliklərinə əməl etməsindən, Livan ordusunun cənubda nəzarəti tam ələ almasından və İsrailin hərbi əməliyyatları tam dayandırmasından asılıdır. Lakin Livanın bütövlükdə xilası dövlətin milis idarəçiliyinə son qoyacaq real və şəffaf bir yol xəritəsini icra etməsindən keçir.

Məqalədə: #Benyamin Netanyahu #Beyrut #Hizbullah #Hizbullah tərəfdarlarının etirazı #İran və Hizbullah əlaqələri #Əsəd rejimi #Bəşşar Əsəd rejimi #Əsəd rejimi sonrası Suriya #Beyrutda İran erası

Mövzu üzrə digər xəbərlər

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
Rəy

İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu

15:02
Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42

Son Xəbərlər

Misir və Sinqapur Qəzzadakı vəziyyəti və ikitərəfli əlaqələri müzakirə edib
Misir və Sinqapur Qəzzadakı vəziyyəti və ikitərəfli əlaqələri müzakirə edib
20:05
Misir süni intellekt və məlumat mərkəzlərinə regional investisiyaları cəlb etməyi hədəfləyir
Misir süni intellekt və məlumat mərkəzlərinə regional investisiyaları cəlb etməyi hədəfləyir
19:52
Yəməndə 93 mindən çox insan didərgin düşüb
Yəməndə 93 mindən çox insan didərgin düşüb
19:47
Ər-Riyad Beynəlxalq Kitab Sərgisi dünya ədəbiyyatını bir araya gətirəcək
Ər-Riyad Beynəlxalq Kitab Sərgisi dünya ədəbiyyatını bir araya gətirəcək
19:41
Hörmüz boğazından keçid ödənişsiz və icazəsiz olmalıdır - Bəhreyn
Hörmüz boğazından keçid ödənişsiz və icazəsiz olmalıdır - Bəhreyn
19:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.