6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Hərb tarixi: Döyüş xronikası
Hərb tarixi: Döyüş xronikası

Keating Döyüş Postunda Böyük Mübarizə: Kamdeşdəki Taliban Hücumu və ABŞ-ın Qələbəsi

Kamdeş döyüşü, ABŞ Ordusunun şücaətini və fədakarlığını nümayiş etdirərək, Talibanın üstünlük əldə etməsini əngəlləyən və mübarizənin nə qədər böyük və ağır olduğunu göstərən tarixi bir döyüş oldu.

28 Mart 2025 17:03
Keating Döyüş Postunda Böyük Mübarizə: Kamdeşdəki Taliban Hücumu və ABŞ-ın Qələbəsi

BAKI,AzerVoice

3 oktyabr 2009-cu ildə 300-dən çox Taliban döyüşçüsü ABŞ Ordusunun Kamdeşdəki Keating Döyüş Postuna (COP) hücum etdi. Orada xidmət edən, 50-yə yaxın Black Knight Troop (3-61 Kavaleriya Alayı, 4-cü Briqada Döyüş Komanda Qrupu, 4-cü Piyada Diviziyası) əsgərləri Taliban qüvvələrindən xeyli az idilər. Lakin ciddi döyüş hazırlıöı və silah üstünlüyü nəticəsində ABŞ ordu birlikləri Taliban qüvvələrinə qalib gəldilər.

Lakin döyüş zamanı 8 amerikan əsgəri öldü və 22-si yaralandı.

Kamdeş Döyüş Postu yaxşı bir mövqe deyildi
Keating Döyüş Postu (COP) 2006-cı ildə yaradılmışdı. Əfqanıstanın Nuristan əyalətindəki Landai Sin vadisində yerləşən bu mövqe, oraya təyin edilən əsgərlərin əksəriyyəti tərəfindən ən pis mövqe olaraq qiymətləndirilmişdi. Dağlar vadinin üzərində yüksəlir və Keating Postunu yeksəkliklərdən edilən hücümlara qarşı müdafiəsiz edirdi.Həmçinin, yolun olduqca pis olması bu posta əlavə qüvvələrin göndərilməsini olduqca çətin edirdi.

Bütün bu mənfi tərəflərinə baxmayaraq, Keating Postu, Pakistan sərhədinə yaxınlığından dolayı seçilmişdi. Bu bölgə, Pakistan ilə təchizat xətləri olan anti-koalisiya qüvvələri üçün əhəmiyyətli idi və burada yerləşən müttəfiq qoşunların, sərhəd boyunca birləşən üç vadi sisteminin içərisində silahların və döyüşçülərin axınını dayandıracağı düşünülürdü.

Postun əsas rolu, əhali ilə əlaqələr qurmaq və Taliban qüvvələrinə qarşı mübarizə aparmaq idi. Lakin Taliban qüvvələri bu ərazidən keçməyə davam edirdi. Üç il sonra, Keating Postu, müdafiəsinin zəif olmasına görə, olduqca riskli olaraq qiymətləndirildi və avqust 2009-cu ildə bağlanması planlaşdırıldı.

Keating Postu açıldığından bəri, bu bazada tez-tez atıcı və minaatan atəşləri ilə qarşılaşılıb, amma 2009-cu ildə bu hücumlar daha da artmışdı – ilin ilk 9 ayında bu posta 212 hücum olmuşdu. Həmçinin, bazanın bağlanmasının gecikməsi, uyğun nəqliyyat vasitələrinin olmaması və ABŞ Prezidenti Barak Obama ilə Əfqanıstan Prezidenti Hamid Karzai arasındakı böhran səbəbindən baş verdi. Bu, Black Knight Troop-un zəif mövqeyə düşməsinə səbəb oldu – fəlakət isə qaçılmaz idi.

Kamdeş Döyüşü necə başladı?

3 oktyabr 2009-cu il, saat 3:00-da 300 Taliban döyüşçüləri Kamdeşə gəldilər. Xəlvəti bölgəyə girən Taliban siıahlı birlikləri, səhər namazlarını qıldıqdan sonra Keating Postuna Sovet istehsalı olan B-10 tüfəngləri, ağır pulemyotlar, raketli qumbaraatanlar (RPG-lər) və minaatan atəşləri ilə hücum etdilər.

Taliban qüvvələri işğalçı qüvvələrin tabemiliyində olan bazanın planı və silahları haqqında geniş məlumat sahib idilər.

Keating Postuna hücum edən döyüşçülərdən bir hissəsi isə yaxınlıqdakı Observation Post Fritsche-ni hədəf aldı. Saat 6:03-də, postdan təcili xəbərdarlıq gəldi: “FRITSCHE və KEATING CİDDİ DÜŞMƏN ATƏŞİNDƏDİR.”

Daha sonra döyüşdə ilk ABŞ əsgəri başından vurularaq öldü. Bu döyüşdə Taliban qüvvələrini üstün edən snayperlərin olması idi.ABŞ əsgərləri, tank hücumlarına qarşı mühafizə üçün hazırlanmış Humvee-lərdən atəş açmağa çalışdılar, lakin silahlarının sursatı bitdikcə, düşmənin üstünlüyü daha da artdı.

Keating Postunun müdafiəsi Talibanın şiddətli hücumu qarşısında olduqca zəifləyirdi. Keating ətrafındakı Əfqan Milli Ordusunun əsgərləri mövqelərini qorumağa çağırıldılar, amma münaqişə artdıqca onların hamısı qaçdı. ABŞ əsgərləri bildirdilər ki, əfqan əsgərləri, heç biri postda qalmayaraq, qaçıb gizlənmiş və ya bazadakı avadanlıq və təchizatları oğurlamışdılar.

Taliban döyüşçüləri bazaya girib əsas binaları yandırmağa başladılar. Bir saat sonra, Keating Postunun müdafiəçiləri geri çəkilməyə məcbur oldular və sonradan qalan ABŞ əsgərləri, digər əraziləri yenidən ələ keçirmək üçün cəmləşdilər.

Boeing AH-64 Apache helikopterləri, hava dəstəyi verərək Taliban mövqelərini dağıtmağa başladılar. Məhz hava dəstəyindən sonra, məğlub olan Taliban döyüşçüləri geri çəkildi və gecə saat 7-də Keating Postu tamamilə təhlükəsiz oldu.

Məqalədə: #Taliban #Həmid Kərzai Taliban hökumətinə nə dedi? #Kamdeş Döyüşü #ABŞ Ordusu və Taliban #Keating Döyüş Postu #300 Taliban döyüşçüsü #ABŞ Ordusunun şücaəti #2009 Kamdeş döyüşü #ABŞ və Taliban döyüşü #Keating postunun müdafiəsi #ABŞ Ordusunun qələbəsi #Talibanın məğlubiyyəti #Kamdeş döyüşü haqqında #ABŞ Ordusunun qalibiyyəti #Talibanın hücumunun təhlili #Kamdeş döyüşü şücaəti #Keating Postu və mübarizə #ABŞ Ordusu Kamdeşdəki döyüş #300 Talibanın məhv edilməsi #Kamdeşdəki ən böyük döyüş #Kamdeş döyüşünün nəticələri #Kamdeşdəki qəhrəmanlıq #Taliban hücumlarına qarşı mübarizə #Keating Döyüş Postunun müdafiəsi #ABŞ əsgərlərinin cəsarəti #Kamdeşdə Taliban qarşısında mübarizə #Kamdeş döyüşü: Sayca az olan ABŞ əsgərləri və böyük qələbə #Keating Postu: ABŞ Ordusunun şücaəti və cəsarəti #Kamdeşdəki şücaət və döyüş #Kamdeş döyüşü: ABŞ ordusunun hərbi strategiyası #Kamdeş döyüşü və onun təsiri #Kamdeşdəki böyük döyüş və qələbə #Kamdeş döyüşü və ABŞ ordusunun qeyri-adi mübarizəsi #Talibanı məğlub edən ABŞ əsgərləri #Keating Postu və Kamdeş döyüşü haqqında məlumat

Mövzu üzrə digər xəbərlər

Taliban və Əş-Şəraa təcrübəsi - İntiqam və diplomatiya arasındakı strateji fərq
ArabAZ analitika: Geosiyasi təhlillər

Taliban və Əş-Şəraa təcrübəsi - İntiqam və diplomatiya arasındakı strateji fərq

16 Avqust 09:30
Talibanın hakimiyyətə qayıdışından 5 il ötür: Əfqanıstanda silahlı müxalifət niyə güclənə bilmir?
Əfqanıstan

Talibanın hakimiyyətə qayıdışından 5 il ötür: Əfqanıstanda silahlı müxalifət niyə güclənə bilmir?

15 Avqust 17:30
Taliban höküməti ABŞ vətəndaşını sərbəst buraxıb
Digər Dövlətlər

Taliban höküməti ABŞ vətəndaşını sərbəst buraxıb

24 Mart 17:41
Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub
Digər Dövlətlər

Tacikistan-Əfqanıstan sərhədində terror cəhdi dəf edilib, iki sərhədçi həlak olub

25 Dekabr 2025 13:10

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.