4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Hərb tarixi: Döyüş xronikası
Hərb tarixi: Döyüş xronikası

İsrailin hava zərbələri nəticəsində öldürülən iranlı liderlər kimlərdir?

İranın rəsmi məlumatına görə, hücumlar nəticəsində Baş Qərargah rəisi, “Sepah” komandanı və raket bölməsinin rəhbəri də daxil olmaqla ən azı 20 yüksək rütbəli hərbçi həyatını itirib.

14 İyun 2025 05:14
İsrailin hava zərbələri nəticəsində öldürülən iranlı liderlər kimlərdir?

BAKI, AzerVoice

İran cümə günü İsrailin nüvə obyektlərinə, ballistik raket istehsalı zavodlarına və hərbi rəhbərliyə qarşı həyata keçirdiyi hava hücumları nəticəsində bir sıra yüksək rütbəli hərbçilərin və altı nüvə aliminin öldüyünü elan edib. Hücumların məqsədi Tehranın nüvə silahı hazırlamasının qarşısını almaqdır.

İranın rəsmi məlumatına görə, hücumlar nəticəsində Baş Qərargah rəisi, “Sepah” komandanı və raket bölməsinin rəhbəri də daxil olmaqla ən azı 20 yüksək rütbəli hərbçi həyatını itirib.

Aşağıda öldürülən əsas komandirlər və alimlərin siyahısı təqdim olunur:

Hüseyn Səlami

1959-cu il təvəllüdlü Hüseyn Səlami, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) baş komandanı idi. O, 2019-cu ildə Ali lider Ayətullah Əli Xamenei tərəfindən bu vəzifəyə təyin olunmuşdu.

Səlami 2009-cu ildən etibarən Sepahın komandan müavini olub və onun əsas vəzifəsi hərbi hazırlığın gücləndirilməsi, strateji idarəetmənin inkişafı və ideoloji möhkəmlik idi. O, İran-İsrail qarşıdurmalarında sərt mövqeyi və Qərbə qarşı açıq təhdidləri ilə tanınırdı.

Məhəmməd Baqiri

1960-cı ildə anadan olmuş Məhəmməd Hüseyn Əfşərdi (tanınmış adı ilə Məhəmməd Baqiri), İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi idi və 2016-cı ildən bu vəzifəni icra edirdi. O, daha öncə Sepah-ın kəşfiyyat idarəsində çalışmışdı.

İran-İraq müharibəsi zamanı Sepah sıralarına qoşulmuşdu və o vaxtdan bəri İranın raket proqramının və pilotsuz uçuş aparatları texnologiyasının inkişafına rəhbərlik etmişdi. 2024-cü ilin aprelində İsrailə qarşı İranın birbaşa raket və dron hücumlarını koordinasiya edənlərdən biri idi.

Əmir Əli Hacizadə

Hacizadə, Sepah-ın hava-kosmik qüvvələrinin komandanı idi. O, İsrailə yönəlmiş hava hücumlarının əsas planlayıcısı və icraçılarından biri hesab olunurdu.

2020-ci ildə o, ABŞ-ın Qasım Süleymanini öldürməsinə cavab olaraq İraqda yerləşən ABŞ bazalarına raket hücumlarından sonra səhvən vurulan Ukrayna sərnişin təyyarəsinə görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Qulam Əli Rəşid

Sepahın “Xatəmül-Ənbiyə” birgə əməliyyat qərargahının rəhbəri idi. Bu qərargah İran Silahlı Qüvvələrinin ən yüksək əməliyyat komandanlığı mərkəzi sayılır və Ali Lider Xameneinin birbaşa nəzarətində fəaliyyət göstərir.

1980-ci illərdə İran-İraq müharibəsi dövründə “Ramazan” birliyinin qurulmasına qatılmış və bu struktur sonradan “Qüds Qüvvələri”nin əsasını təşkil etmişdi. O, həmçinin ABŞ tərəfindən 2019-cu ildən etibarən sanksiya siyahısına daxil edilmişdi.

Fereydun Abbasi-Davani

2011–2013-cü illərdə İran Atom Enerjisi Təşkilatına rəhbərlik etmiş və ölkənin nüvə proqramına dair dərin bilgiyə sahib olan sərt xətt tərəfdarı alim idi.O, 2020–2024-cü illərdə İran parlamentinin üzvü olub. 2011-ci ildə ona qarşı uğursuz sui-qəsd cəhdi olmuşdu.

Məhəmməd Mehdi Tehranji

İranın “Azad İslam Universiteti”nin rəhbəri və nüvə fiziki idi. O da cümə günü həyata keçirilən hücumlarda öldürülüb.

Digər öldürülən nüvə alimləri:

Əbdülhəmid Mənuşəhr

Əhməd Rza Zülfüqari

Əmir Hüseyn Fəqihi

Mətləbzadə

Bu şəxslərin hamısı İranın nüvə və raket proqramlarının inkişafında mühüm rol oynamış və beynəlxalq diqqətə səbəb olmuş fiqurlar idi.

Məqalədə: #İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) #ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi Agentliyi (NNSA) #Məhəmməd Hüseyn Baqeri #Məhəmməd Baqeri #SEPAH komandirləri #ABŞ və SEPAH münasibətləri #Shahed-136 dronları #İran generallarına qarşı sanksiyalar #Həsən Baqeri və İran müharibə tarixi #Məhəmməd Baqerinin bioqrafiyası #İranın daxili təhlükəsizlik strategiyası #İslam İnqilabı Keşikçiləri Korpusu #İranın regional hərbi rolu #Əbdürrəhim Musəvi #Nüvə nəzarəti #Nüvə silahlarının yayılmaması #İsrail nüvə proqramı #Dimona nüvə reaktoru #İsrail və nüvə arsenalı #Nüvə qeyri-müəyyənliyi siyasəti #İslam dünyası və ərəb ölkələri #İki standart siyasəti #ABŞ və Qərb dövlətləri #Siyasi və hüquqi məhdudiyyətlər #Nüvə təhlükəsizliyi #Beynəlxalq hüquq və nüvə silahları #MAQATE-nin tənqidləri #Nüvə silahlarının regional təhlükəsi #Təbriz #Yüksələn Aslan əməliyyatı #Əli Şəmxani #Nətənz nüvə obyekti #ballistik raket bazaları #İsrail İran hücumu 2025 #Sepah komandirinin ölümü

Mövzu üzrə digər xəbərlər

ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran
İran

ABŞ-İsrail zərbələri Xark adasında neft hasilatını dayandıra bilməyib - İran

31 Avqust 12:14
Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH
İran

Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

22 Avqust 10:53
Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb
Digər Dövlətlər

Ukrayna Avropa İttifaqını “Rosatom”a qarşı sanksiya tətbiq etməyə çağırıb

17 Avqust 20:23
İranın ali rəhbəri altı yüksək rütbəli hərbi komandir təyin edib
İran

İranın ali rəhbəri altı yüksək rütbəli hərbi komandir təyin edib

10 Avqust 20:15

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.