8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Hərb tarixi: Döyüş xronikası
Hərb tarixi: Döyüş xronikası

Kemp-Devid müqaviləsi haqqında nə bilirik?

1978-ci il sentyabrın 17-də ABŞ-ın Merilend ştatındakı prezident iqamətgahı Kemp-Deviddə imzalanan bu saziş, müasir diplomatiya tarixinin ən mürəkkəb və mühüm sənədlərindən biridir. 12 gün davam edən tam məxfi danışıqlardan sonra əldə olunan razılaşma Misir prezidenti Ənvər Sadat, İsrailin Baş naziri Menaxem Begin və vasitəçi ABŞ prezidenti Cimmi Karterin iştirakı qəbul edilib.

26 Mart 2026 04:00
Kemp-Devid müqaviləsi haqqında nə bilirik?

BAKI, VOA, Orxan Qədirzadə

1978-ci il sentyabrın 17-də ABŞ-ın Merilend ştatındakı prezident iqamətgahı Kemp-Deviddə imzalanan bu saziş, müasir diplomatiya tarixinin ən mürəkkəb və mühüm sənədlərindən biridir. 12 gün davam edən tam məxfi danışıqlardan sonra əldə olunan razılaşma Misir prezidenti Ənvər Sadat, İsrailin Baş naziri Menaxem Begin və vasitəçi ABŞ prezidenti Cimmi Karterin iştirakı qəbul edilib.

Bu müqavilə ilə tarixdə ilk dəfə bir ərəb dövləti İsraili rəsmən tanımış və onun suverenliyini qəbul etmişdir.

Müqavilə 1979-cu ilin martında imzalanacaq yekun sülh sazişinin "yol xəritəsi" idi. Əsas nəticələr:

İsrail 1967-ci ilin "Altıgünlük müharibə"sində ələ keçirdiyi Sinay yarımadasını Misirə geri qaytardı.

1980-ci ildə tərəflər arasında səfirliklər açıldı, hava nəqliyyatı bərpa edildi.

Misir İsrailə neft satmağa başladı, bu da iqtisadi asılılığı və sülhün davamlılığını artırdı.

Sülh cəhdlərinə görə Ənvər Sadat və Menaxem Begin 1978-ci il Nobel Sülh Mükafatına layiq görüldülər.

Müqavilənin əsas şərtləri

Sənəd təkcə iki ölkə arasındakı sərhəd məsələlərini deyil, həm də regional sabitliyi hədəfləyirdi:

İsrail Sinaydan qüvvələrini çıxarmalı, Misir isə İsraili rəsmən tanımalı idi.

Qəzza və Qərbi Şəriədə yaşayan fələstinlilərə Misir və İordaniyanın iştirakı ilə muxtariyyət verilməsi nəzərdə tutulurdu.

3 il sonra ərazilərin statusunu müəyyən etmək üçün Misir-İsrail-İordaniya-Fələstin görüşlərinin keçirilməsi planlaşdırılırdı.

ABŞ-ın təminatçı rolu: Vaşinqtonun öhdəlikləri

Kemp-Devid müqaviləsi ABŞ-ın Yaxın Şərqdəki rolunu kəskin şəkildə artırdı:

ABŞ İsrailin hərbi ehtiyaclarını, o cümədən F-16 qırıcıları ilə təchizatını tam təmin etməyi öhdəsinə götürdü.

Əgər Misir neft tədarükündə fasilə yaradarsa, ABŞ İsrailin enerji ehtiyacını qarşılamalı idi.

ABŞ BMT Təhlükəsizlik Şurasında bu müqavilənin əleyhinə olan istənilən qətnamə layihəsinə veto qoymağı vəd etdi.

Müqavilənin ən yaddaqalan kadrlarından biri Menaxem Begin və ABŞ-ın milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinskinin Kemp-Deviddə şahmat oynamasıdır ki, bu da danışıqların gərgin, lakin intellektual diplomatiya mühitində keçdiyini simvolizə edir.

Məqalədə: #Haqqında nə bilirik: Kemp-Devid müqaviləsi – Ərəb-İsrail münasibətlərində inqilab. #Sinay yarımadasının qaytarılması və Nobel mükafatı: 1978-ci ilin gizli danışıqları. #F-16 təminatından BMT vetosuna qədər: ABŞ-ın Kemp-Devid öhdəlikləri.

Mövzu üzrə digər xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
Tarixdə bu gün

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?

00:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Hərb tarixi: Döyüş xronikası

Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?

5 Sentyabr 14:06
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Hərb tarixi: Döyüş xronikası

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?

4 Sentyabr 16:17
Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?
Hərb tarixi: Döyüş xronikası

Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

31 Avqust 06:00

Son Xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
19:13
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.