7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Nədir
Nədir

Cahiliyyət nədir?

24 Yanvar 2024 08:37
Cahiliyyət nədir?

Bakı,AzerVoice

Xüsusi mənada ərəblərin islamaqədərki dini-ictimai düşüncə tərzini, ümumilikdə isə fərd və cəmiyyətlərin zülm üzərində qurduğu nizam üçün istifadə olunan termin. Cahiliyyət termini İslam cəmiyyətinin ilk dövrlərində müsəlmanların islamaqədərki inanc, düşüncə və davranışlarını islamdan- sonrakılarla fərqləndirmək məqsədilə istifadə edilmişdir.
Qurani-Kərimdə Mədinədə nazil olmuş ayələrin dördündə islamaqədərki ərəblərin yanlış Tanrı təsəvvürü, kor-koranə qəbilə təəssübü, zülm və zorakılıqla idarəetmə şəkli üçün keçir (“Ali- İmran”, 3/154; (Ali İmran surəsi nədən bəhs edir?) “Əhzab”, 33/33; “Fəth”, 48/26; “Maidə”, 5/50).

Həmçinin oxuyun:
Cadu nədir?
Dəbbətül-ərz nədir ?
Fərz nədir?


Yaşadıqları bədəvi həyat tərzi, qonşu mədəniyyətlərə görə geridəqalmışlıq, elmi cəhətdən gerilik, köçəri və yarıköçəri həyat tərzi sürən qəbilə quruluşu, müsbət əxlaqi keyfiyyətləri təşviq edən dindən məhrum olmaq kimi xüsusiyyətlər islamaqədərki ərəb tarixinə bir qayda olaraq “Cahiliyyət dövrü” deyilməsinin səbəbləri arasındadır. Buna görə maariflənmə və bilik dövrü kimi səciyyələnən İslam dövrü bilikdən məhrum olma dövrü hesab edilən cahiliyyət mərhələsinin ziddi sayılırdı.

Avamlıq, nadanlıq, cahillik, mədəni gerilik, mədəniyyətsizlik, elm və mərifətin olmadığı hal. Hədis termini kimi isə “Mətaini-əşərə” deyilən və ravilərin tənqidində diqqətə alınan on əsasdan biridir. Lüğəvi baxımdan “cəhl” kəlməsi ilə eyni mənada işlədilir. Ravinin ədaləti ilə əlaqədardır. Hədis üsulu mənbələrində “cəhalətüravi” kimi də qeyd olunan “cəhalət” məfhumu ravinin tanınmamasıdır. Bir ravinin tanınmaması iki formada olur. Birincisi, ravinin kim olduğunun bilinməməsidir.

Buna “cəhaləti-eyniyyə” və yaxud “cəhalətül-eyn” deyilir. İkincisi isə ravi haqqında verilən cərh və tədil hökmünün bilinməməsidir. Buna “cəhalətül-vəsf” də deyilmişdir. Kim olduğu və haqqında cərh və tədil hökmünün verildiyi bilinməyən raviyə “məchul” deyilir. Məchul ravinin əgər kim olduğu bilinmirsə, “məchulül- eyn”, ədaləti bilinmirsə, “məchulül- ədalət” deyilir. Hədis termini olaraq “cəhalət”, həmçinin ravinin ədalət və hafizəsi ilə əlaqədar irəli sürülən on tənqid prinsipindən biri.

Hədis elminə görə, cəhalət hədisin isnadında mövcud olan hər hansı bir ravinin sifəti (xüsusiyyəti) ilə əlaqəlidir. Belə ki, hədis üsulu əsərlərində mövcud olan “cəhalət ər-ravi” ifadəsi ravinin məchulluğunu ifadə edir. Ravinin bilinməməsi və ya tanınmaması iki şəkildə təzahür edir: ravinin kim ol- duğunun bilinməməsi (cəhalətül-eyn) və ravi haqqında verilən cərh və tədil hökmünün bilinməməsi (cəhalətül- vəsf). Həm kim olduğu, həm də haqqında verilən cərh və tədil hökmü bilinmədikdə, ravi “məchul” sayılır. Hədis elminə görə, ravisi məchul olan hədis məqbul və etibarlı hesab edilmir. Söz və davranışlardakı məchulluğu ifadə edən fiqh termini kimi cəhalət aşağıdakı mənaları ehtiva edir.
Satılan mal (məbi), yaxud veriləcək pulla (səmən) bağlı məchul hallar. Fəsada yol açması, əqdin tərəfləri arasında narazılığa səbəb olması baxımından əqdi fasid edən (pozan) ünsür. İfrat dərəcəsi ilə əqdin batil olduğu hal. Cəhli-bəsit və cəhli-mürəkkəb növləri mövcuddur.

Cahiliyyət nədir?
Məqalədə: #Dini lüğət #Cahiliyyət nədir?

Mövzu üzrə digər xəbərlər

Zəkat nədir?
Nədir

Zəkat nədir?

29 Noyabr 2025 18:50
Kalvinizm nədir?
Dini terminlər lüğəti

Kalvinizm nədir?

2 Noyabr 2025 18:20
Azazel Nədir?
Dini terminlər lüğəti

Azazel Nədir?

30 Avqust 2025 14:28
Müsnəd Nədir?
Dini terminlər lüğəti

Müsnəd Nədir?

9 Avqust 2025 15:52

Son Xəbərlər

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
07:20
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.