13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

Klaudiya Şeynbaum kimdir?

3 İyun 2024 18:49
Klaudiya Şeynbaum kimdir?

Bakı,AzerVoice

Meksikada qeyri-rəsmi nəticələrə görə, Klaudiya Şeynbaum ölkənin ilk qadın prezidenti seçilib. Şeynbaum 58,3-60,7 faiz fərqlə seçkilərdə qalib gəlib. Hakim Milli Yeniləşmə Hərəkatının (MORENA) 61 yaşlı namizədinin qalib gəlməsi Meksika prezidenti Andres Manuel Lopez Obradorun siyasətinə dəstəyin davam etdiyini göstərir.  Şeynbaumun seçkilərdə digər namizədlər üzərində açıq üstünlüyü "şok effekti yaradıb"

İkinci yerdə Meksikanın namizədi və keçmiş Hidalqo meri Xochitl Galvez 29,84 faiz, keçmiş deputat Xorxe Alvares Maynes isə 10,48 faizlə üçüncü yerdədir.

İddia olunur ki , ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, Vaşinqton-Meksika münasibətləri çətinləşə bilər.

Avropadan Meksikaya köçmüş yəhudi ailəsindən olan Şeynbaum Meksika Milli Muxtar Universitetində fizika üzrə təhsil alıb. Enerji mühəndisliyi üzrə doktorluq dərəcəsi alan Şeynbaum akademik karyerasına görə “La Doctora” kimi də tanınır.

Şeynbaumun ailəsi də alimlərdən ibarətdir. Anası Enni Pardo Cemo bioloq, atası Karlos Şeinbaum Yoselevits kimya mühəndisi, qardaşı Xulio isə fizikdir.

İqlim dəyişikliyi və enerji istehlakı sahələrində elmi araşdırmalar aparan Şeynbaum 2007-ci ildə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelə (IPCC) qoşulub. Birləşmiş Millətlər Təşkilatının IPCC eyni il Nobel Sülh Mükafatını alıb.

1970-ci illərdə təhsil sahəsində özəlləşdirmələrə qarşı etirazlara qatılan Şeynbaum 2000-ci ildə siyasətə qədəm qoyub.

2000-ci ildə Mexiko şəhərinin meri seçilən Obrador paytaxtda havanın çirklənməsini azaltmaq üçün Şeynbaumu ətraf mühit üzrə katib təyin edib.

Şeynbaum Obradorla sıx əməkdaşlıq etdiyi və ölkəni ələ keçirəndə müstəqil fəaliyyət göstərə bilməyəcəyi üçün tənqid edilib.

İspaniyanın “El Pais” qəzetinin təhlilində seçki dövründə edilən bu tənqidlərin tutarlı əsası olmadığı yazılıb.

Obradorun partiyaya sədaqətini ön planda tutduğu bildirilərkən Şeynbaumun “qərar qəbul edərkən məlumat və sübutlarla hərəkət etdiyi” qeyd edilib.

Sheinbaum haqqında bioqrafiya kitabı nəşr edən meksikalı jurnalist Xorxe Zepeda Obradorun Şeynbaumu hər zaman yaxın çevrəsində saxladığını, lakin iki siyasətçi arasında fərq olduğunu ifadə edib.

“O, elmi düşüncə tərzini uyğunlaşmaq, yaxşı işləmək və ondan tələb olunan məsuliyyəti yerinə yetirmək şəxsiyyəti ilə birləşdirir. Bu, Obradordan fərqli olaraq ona hər gün ayağa qalxmağa imkan verən hərəkətverici qüvvədir”-deyə Zepeda bildirib.

Klaudiya Şeynbaum kimdir?
Məqalədə: #Klaudiya Şeynbaum kimdir?

Mövzu üzrə digər xəbərlər

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Ərəb müğənniləri

Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?

11 Sentyabr 12:06
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Ərəb qadın liderlər

Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

10 Sentyabr 11:00
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Fazil Küçük kimdir?
Tarixi şəxsiyyətlər

Fazil Küçük kimdir?

30 Avqust 13:25

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.