Dəməşq,ArabAZ

Suriya Rəyasət Heyətindən verilən açıqlamaya görə, prezident Bəşər Əsəd dünən (bazar ertəsi) Dəməşqdə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb və beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə edib. ArabAZ xəbər verir ki, bu Şoyqunun yeni vəzifəyə gəldikdən sonra ilk səfəridir.
Şoyqu bundan əvvəl ötən ilin fevralında Rusiyanın müdafiə naziri olarkən Dəməşqə səfər etmişdi.

Dəməşqdəki müşahidəçilər Şoyqunun Suriya prezidenti ilə görüşünün Rusiyanın Suriya və Türkiyə rəsmiləri arasında kompromis əldə etmək üçün apardığı danışıqların bir hissəsi olduğunu düşünürlər.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version