QÜDS,ArabAZ

İsrailli Məhbusların Ailələri Forumu hökuməti dərhal girovlarla bağlı razılaşma əldə etmək üçün HƏMAS lideri Yəhya Sinvarın mümkün öldürülməsindən istifadə etməyə çağırıb.ArabAZ xəbər verir ki,forumun bəyanatında deyilir: “Biz böyük nailiyyəti (Sinvarın öldürülməsini) yüksək qiymətləndirsək də, girovların ailələri hələ də HƏMAS tərəfindən saxlanılan 101 girovun taleyi ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər. Biz hökuməti hərbi nailiyyətlərdən istifadə edərək onları geri qaytarmaq üçün dərhal razılaşma əldə etməyə çağırırıq.Bir ildən çoxdur ki, İsrail hökuməti girovların azad edilməsinə nail olmaq üçün Qəzzada təhlükəsizlik nailiyyətlərindən istifadə edə bilmir”.

Qeyd edək ki, bu gün həm İsrail həm də HƏMAS rəsmiləri Yəhya Əl-Sinvarın ölümünü təsdiq ediblər.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version