Bakı, Arab.AZ

İsrail həbsxanasından həkim səhlənkarlığı nəticəsində hər iki ayağı amputasiya olunmuş halda çıxan Fələstinli pedaqoq Vəfa Çerrar dünyasını dəyişdi.

Arab.AZ xəbər verir ki, mayın 21-də İsrail qüvvələrinin Cenin şəhərində saxladığı zaman ağır yaralanan və hər iki ayağı dizindən kəsilən pedaqoq Vəfa Cerrar həkimlərin səhlənkarlığı nəticəsində düynasını dəyişib.

50 yaşlı Cərrarın əsirlikdə məruz qaldığı amansız işgəncələr və həbsdə olarkən qəsdən üzləşdiyi tibbi laqeydlik nəticəsində vəfat etdiyi məlum olub.

Ölümü yaxın ailə üzvləri tərəfindən böyük bir təmkinli qarşılanan Vəfa Cərrarın vəfatı ilə bağlı HƏMAS da açıqlama verib. Açıqlamada Cərrarın həyatı boyu faydalı işlərlə və ictimai fəaliyyətlərlə dolu bir həyat yaşadığı bildirilib.

Vəfa Cerrarın həyat yoldaşı, məhbus lider Abdülcəbbar Cerrar ilə birlikdə mübarizə və fədakarlıqla dolu bir həyat sürdüyü və onun həbs olunmasından etibarən həyata keçirilən yavaş öldürmə siyasəti nəticəsində həyatını itirdiyi bildirilib.

İsrailin insan haqları təşkilatı B’Tselem tərəfindən müxtəlif dillərdə dərc olunan “Cəhənnəmə xoş gəlmisiniz: İsrail həbsxanaları işgəncə düşərgələri şəbəkəsinə çevrilib” başlıqlı hesabatda 30-u işğal olunmuş Şərqi Qüds və İordan çayının qərb sahilindən, 21-i isə Qəzza zolağından və 4-ü İsrail vətəndaşı ərəblərdən olmaqla, İsrail həbsxanalarında qalmış 55 fələstinlinin ifadələrinə yer verilib.

Həkimlər, akademik qadınlar, hüquqşünaslar, universitet tələbələri, uşaqlar və siyasi liderlər də daxil olmaqla keçmiş məhbuslar 7 oktyabr 2023-cü ildə İsrailin Qəzzaya hücumlarına başladıqdan sonra İsrail həbsxanalarında yaşadıqlarından danışıblar.

Qeyd edək ki, bu vaxta qədər İsrail həbsxanalarında heç bir qanuni əsası olmadan minlərlə fələstinli saxlanılır. Beynəlxalq qurumlar tərəfindən onların ağır işgəncələrə məruz qaldığı deyilir.

Onu da əlavə edək ki, Benyamin Netanyahunun başçılıq etdiyi ifrat sağçı yəhudilər hökumətdə söz sahibidirlər və sosial sahədə üstünlük təşkil edirlər. Məhz bu qrup

Share.

Şərhlər bağlıdır.

Exit mobile version