Uzun illər davam edən hərbi qarşıdurmalardan və kövrək sabitlik dövrlərindən sonra Livan ilə İsrail arasında Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişinin imzalanması regionda yeni bir siyasi mərhələnin əsasını qoyub.
Livan təhlükəsizlik qüvvələri paytaxt Beyrutda “Hizbullah” üzvünə məxsus mənzil və ticarət anbarında döyüş silahları, rabitə avadanlıqları və xəritələr ələ keçirib. Bu hadisə dövlətin silahların yalnız qanuni qurumlarda cəmlənməsi və Beyrutun qeyri-qanuni silahlı elementlərdən təmizlənməsi qərarı fonunda təşkilatın şəhərdəki təhlükəsizlik rolu ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
- Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
- Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı
- İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?
ArabAZ xəbər verir ki, axtarış əməliyyatı “H.C.” adlı ev sahibinin Beyrutun Rəs əl-Nəbə rayonunda qayınatası gil ilə ailə münaqişəsi zəminində atəş açması və baldızını yaralamasından sonra məhkəmə qərarı ilə həyata keçirilib. Daxili Təhlükəsizlik Qüvvələrinin Məlumat Şöbəsi mənzildə və ona bağlı anbarda avtomat silahlar, detonatorlar, partlayıcılar, RPG raketatatanları, videomüşahidə görüntüləri olan DVR cihazları və Beyrut küçələrinin xəritələrini aşkar edib.
Ən çox oxunan
Axtarış zamanı götürülən sənədlər saxlanılan şəxsin “Hizbullah” üzvü olduğunu üzə çıxarıb və o, ilkin dindirilmədə bunu etiraf edib. Məhkəmə mənbəsi istintaqın silah və partlayıcıların sıx əhalisi olan yaşayış massivində saxlanma səbəblərini və istifadə məqsədini araşdırdığını bildirib.
Bu hadisə hökumətin martın 2-də qəbul etdiyi və “Hizbullah”ın hərbi-təhlükəsizlik fəaliyyətlərini qadağan edən qərarına açıq çağırış hesab olunur. İstintaqın nəticələri məsələnin yalnız qanunsuz silah saxlanması, yoxsa təşkilatlanmış təhlükəsizlik planının bir hissəsi olduğunu müəyyən edəcək.
Təhlükəsizlik mənbələri vurğulayır ki, 2024 və 2026-cı illər müharibələrindən sonra təşkilatın nüfuzunun nisbətən zəifləməsinə baxmayaraq, “Hizbullah” paytaxtda ciddi logistik və təhlükəsizlik strukturunu saxlamaqda davam edir.


