Bakı, Arab.AZ

İşğal altında olan Suriya torpağı Colan yüksəkliyində baş verən insidentə cavab olaraq, (İsrail İddia edir ki, Hizbullah bu bölgəni raket atəşinə tutub. Rəsmi olaraq Hizbullah bunu inkar edib) dünən axşam saatlarında Hizbullahın qalası sayılan Beyrutun cənubunda İsrail tərəfindən təşkil edilən sui-qəsd əməliyyatında Fuad Şükür hədəf alındı.

ABŞ Dövlət Departamentinin Ədalət Mükafatları Proqramı çərçivəsində Şükür haqqında məlumat verənə 5 milyon dollar mükafat veriləcəyi bildirmişdi.

Proqramın internet saytında 15 aprel 1961-ci ildə Baalbekin (Şərqi Livan) Nəbi Şit bölgəsində doğulduğu bildirilən Şükür ‘Hacı Muhsin’ kimi də tanınır. Həmçinin bildirilir ki, Şükür Hizbullahın baş katibi Həsən Nəsrullahın hərbi məsələlər üzrə baş müşaviridir.

Saytın məlumatına görə, Şükür Hizbullahın ən yüksək hərbi qurumu olan Cihad Şurasında xidmət edib və Hizbullahın Suriyada müxalif qüvvələrə qarşı hərbi kampaniyasında Hizbullah döyüşçülərinə və Suriya rejimini dəstəkləyən qüvvələrə yardım edib.

Şükür Hizbullahın mərhum komandiri İmad Muğniyənin yaxın sirdaşı olub. İddia olunur ki, o 23 oktyabr 1983-cü ildə Beyrutda ABŞ dəniz piyadalarının kazarmalarına edilən və 241 ABŞ hərbçisinin ölümü və 128 nəfərin yaralanması ilə nəticələnən bombalı hücumda “əhəmiyyətli rol” oynayıb. 10 sentyabr 2019-cu il tarixində ABŞ Dövlət Departamenti 13224 saylı Sərəncamla Şükürü Qlobal Terrorçu kimi təyin edib.

İsrailin Kanal 12 televiziyası dünən gecə Beyrutun cənub ətraflarında təşkil edilən hücumun hədəfinin Hacı Muhsin ləqəbi olan Şükür olduğunu bildirib. Kanal Şükürün Nəsrullahın hərbi müşaviri olduğunu və israillilər tərəfindən Hizbullahın ikinci adamı kimi qəbul edildiyini bildirib.

2016-cı ildə “Hizbullah”ın hərbi komandiri Mustafa Bədrəddin Dəməşqdə öldürüldükdən sonra Şükür bu vəzifəyə keçib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version