Bazar ertəsi, 27 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Redaktorun seçimi » İranın hücumlarına qarşı altı Körfəz ölkəsi hansı adımı atır?

İranın hücumlarına qarşı altı Körfəz ölkəsi hansı adımı atır?

İyul 25, 2026 6:23 səhər
Paylaş
Paylaş

Misir İordaniya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin təhlükəsizliklərini, sabitliklərini və suverenliklərini qorumaq üçün atdıqları addımlara tam dəstək verdiyini bəyan edib.

İranın “qardaşlıq və vəhdət” adı altında ədavət sənəti

ArabAZ xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İordaniya və Körfəz ölkələrinin birgə bəyanatı alqışlanıb. Qahirə bu addımın davam edən hücumlara qarşı ərəb birliyini əks etdirdiyini bildirib və bütün ərəb dövlətləri ilə həmrəy olduğunu bir daha diqqətə çatdırıb.

Rəsmi Qahirə İordaniya və Körfəz ölkələrinin suverenliklərini qorumaq üçün gördüyü hüquqi tədbirləri dəstəkləyib. Eyni zamanda bu ölkələrin suverenliyinə, mülki əhalisinə, mülki infrastrukturuna və mühüm obyektlərinə qarşı təşkil olunan hücumları kəskin şəkildə pisləyib. Bəyanatda beynəlxalq dəniz təhlükəsizliyini və gəmiçilik azadlığını təhdid edən hər bir əməl rədd edilib.

Sənəddə dövlətlərin suverenliyinə, vahidliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi vurğulanıb. Regionda və dünyada sülhü qorumaq üçün güc tətbiqindən imtina edilməsi, xoşqonşuluq prinsiplərinə riayət olunması və daxili işlərə qarışılmaması tələb olunub.

Bir qədər əvvəl İordaniya və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr İranın birbaşa və ya proxy qüvvələri vasitəsilə onların ərazilərinə etdiyi hücumları pisləmişdilər. Onlar BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə və beynəlxalq hüquq normalarına istinad etmişdilər.

  • İsrail seçkiləri-ABŞ-nin dəyişən və Netanyahunun gələcəyi
  • İraq diplomatiyasının ən tanınmış siması – Tariq Əziz kimdir?
  • Ərəb Əmirliklərində yol infrastrukturu genişləndirilir
  • İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik – Əhməd əş-Şəraa
  • Livanda qeyri-qanuni silah problemi necə həll olunacaq?
  • Səudiyyə Ərəbistanı 2026 İKT indeksində dünyada birinci oldu

Müştərək bəyanatda İranın 2026-cı il iyunun 17-də ABŞ ilə anlaşma memorandumu imzalamasına baxmayaraq, fevralın 28-dən bəri hücumlarını dayandırmadığı bildirilib. Bu hücumların xüsusilə Bəhreyn, Küveyt və İordaniyaya qarşı intensivləşdiyi, enerji obyektlərinin, su təmizləmə qurğularının, limanların və hava limanlarının hədəfə alındığı qeyd olunub.

  • Səudiyyədə nar istehsalı rekord həddə çatdı
  • Ağ Ev İrana qarşı iqtisadi silahı işə salıb
  • BOOMAH filmi Şanxay festivalında premyera edəcək
  • Səudiyyə qlobal iqtisadiyyatın sütunlarından biridir – Baş nazir

Yeddi ərəb ölkəsi İranın bu addımlarının BMT Nizamnaməsini və beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğunu bəyan edib. Onlar BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən fərdi və kollektiv özünümüdafiə hüquqlarından istifadə edəcəklərini, suverenliklərini və mülki infrastrukturu qorumaq üçün bütün qanuni tədbirləri görəcəklərini vurğulayıblar.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

FələstinYaxın Şərq

Minlərlə radikal  yəhudi və Ben-Qvir Əl-Əqsa məscidinə basqın etdi

Müəllif:
ArabAZ News
Redaktorun seçimiŞimali AfrikaSudan

Ümumdünya Ərzaq Proqramı Sudanda resurs qıtlığı ilə üzləşib

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə Həcc modelini kökündən yenilədi

Müəllif:
mail.azerpress@gmail.com
Redaktorun seçimiTəhlilTürkiyə

Ankara Dəməşq hava limanında raket batareyaları qurur

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.