TEHRAN,ArabAZ

İranın neft emalı zavodunda baş verən müəmmalı yanğın baş verib.ArabAZ xəbər verir ki, İran mediası Əhvazın şimalında neft emalı zavodunda baş verən yanğında bir nəfərin öldüyünü, ən azı dörd nəfərin yaralandığını açıqlayıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, çərşənbə axşamı Petro Pars Şuştar neft emalı zavodunda yanacaq çənlərindən birində yanğın baş verib. Hal hazırda yanğınsöndürmə və xilasetmə qrupları yanğını nəzarət altına almağa çalışır. Yanğının səbəbi haqda heş bir məlumat verilmir.
İlkin versiyaya görə, yanğına səbəb kimi, yük maşınının yanacaq anbarı ilə toqquşması olub.
Yanğın, keçən həftə İsrail şəhərlərini hədəf alan raket hücumlarına cavab olaraq İsrailin neft obyektlərini hədəfə almaqla hədələməsindən sonra baş verib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version