Bağdad,ArabAZ

İraq, Ənbar əyalətinin qərbində Amerika qüvvələri ilə birgə keçirilən reydlər zamanı çox sayda İŞİD terrorçusu  öldürülüb və təşkilata məxsus mühüm sənədləri ələ keçirilib. ArabAZ bu haqda İraq Ordusunun Birgə Əməliyyat Komandanlığının rəsmi  bəyanatına istinadən xəbər verir.

 “Ölkənin qərbindəki Ənbar səhrasında həyata keçirilən əməliyyatda İŞİD-in bölgə lideri daxil olmaqla 16 terrorçu məhv edilib”-deyə açıqlamada bildirilir.

Məlumatda qeyd edilir ki , birgə əməliyyatlar zama terrorçulara məxsus üş yük maşını da məhv edilir.

Silahlı Qüvvələrin Ali Baş Komandanının hərbi sözçüsü, general-mayor Yəhya Rəsul xüsusi əməliyyatla bağlı yeni təfərrüatları” açıqlayıb.
“Ənbar səhrası daxilində Vadi Əl-Qədafın şərqindəki Əl-Hazimi bölgəsində əməliyyat Silahlı Qüvvələrin Ali Baş Komandanının komandalığı altında və kəşfiyyat səyi ilə həyata keçirilib. Əməliyyat dəqiq və Birgə Əməliyyatlar Komandanlığı ilə yüksək koordinasiyada aparılıb”-deyə o bildirib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version