Bakı,ArabAZ

İsrail ordusu və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında üç gün ərzində müəyyən yerlərdə üç ayrı müvəqqəti atəşkəs haqqında razılığa gəliblər. ArabAz xəbər verir ki , bunu Ümumdünya Səhiyyə Təşkilatının yüksək rütbəli rəsmisi bildirib. O qeyd edib ki, bu müddət ərzində təxminən 640 min uşaq poliomielit əleyhinə peyvənd ediləcək.

Ümumdünya Səhiyyə Təşkilatının İordan çayının qərb sahili və Qəzzadakı nümayəndəsi Rik Pepperkorn peyvənd kampaniyasının bazar günü başlamasının planlaşdırılır.

Tərəflər arasında atəşkəs razılaşması müddətlərinin yerli vaxtla səhər altı ilə günorta üç arasında olmacaq.

“Peyvənd kampaniyası Qəzzanın mərkəzində üç günlük döyüşlərdə müvəqqəti atəşkəslə başlayacaq, daha sonra Qəzzanın cənubuna keçəcək, burada üç gün başqa bir atəşkəs olacaq, ardınca isə Qəzzanın şimalında davam edəcək”-deyə ÜST rəsmisi  bildirib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version