BEYRUT,ArabAZ

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi çərşənbə axşamı verdiyi açıqlamada bildirib ki, İsrail ABŞ-ı dinləyəcək, lakin öz milli maraqlarına əsaslanaraq öz qərarlarını verəcək.

ArabAZ xəbər verir ki,  bəyanatın “Vaşinqton Post” qəzetində dərc olunan məqaləyə cavab olaraq verilib. Məqalədə, Netanyahunun ABŞ prezidenti Co Bayden administrasiyasına İsrailin nüvə və ya neft obyektlərini deyil, İranın hərbi obyektlərini vuracağı barədə məlumat verdiyi qeyd edilib.
Bəyanat İranın oktyabrın əvvəlində həyata keçirdiyi raket hücumuna cavab olaraq İsrailin zərbə endirəcəyi gözləntiləri fonunda verilib. Bu hücum İsraillə İranın dəstəklədiyi Livan Hizbullah qruplaşması arasında münaqişənin sürətlə artmasından sonra baş verib.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version